26 Sen - 28 Noy 14
YARAT Müasir İncəsənət Məkanı, “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr təşkil edir.
Layihənin əsas məqsədi tanınmış mütəxəssislər tərəfindən incəsənət sahəsi ilə bağlı ümumi mühazirələrin keçirilməsidir.
Azərbaycan və dünya mədəniyyəti və incəsənəti haqqında keçirilən mühazirələr Beynəlxalq Muğam Mərkəzində “ASAN xidmət” mərkəzinin əməkdaşları, könüllüləri və vətəndaşlarımız üçün nəzərdə tutulmuşdu. Öz sahəsində tanınmış mütəxəssislər tərəfindən auditoriyanı maraqlandıran mədəniyyət və incəsənət sahəsi ilə bağlı mühazirələr proqramı tərtib olunmuşdur.
Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.
Layihə başlanan müddətindən bu günə kimi 7 mühazirə təşkil olunub və ümumilikdə 1000-dən artıq dinləyici iştirak edib.
Beynəlxalq Muğam Mərkəzi
Ünvan: Neftçilər prospekti, 9
Giriş sərbəstdir!