13 İyn - 27 İyn 14
NUDA VERITAS
Həqiqət Olduğu Kimi
Horasiy
Öz şairanə şah əsərində Horasiy həqiqətin yalnız çılpaq, yalnız üryan olması fikrini yeganə düzgün və sadəliyinə görə dahiyanə fikir zənn edərək, məna canlandırılmasına ən yaxın olan “NUDA VERİTAS” anlayışın ən saf və dürüst tərifini əbədiyyən vermişdi. Qədim zamanlardan etibarən insanlar həqiqət mahiyyətinin əsl mənasını gücləndirmək məqsədilə onu daima çılpaq, saf, “libassız” və “örtüksüz” təsvir etməyə can atırdılar. Çılpaqlıq hər zaman dərin gizli mənaya malik idi və paklıq, həqiqət və intibah rəmzi olaraq qəbul edilirdi.
İnsanlar bütün zamanlarda tələb olunan həqiqət və azadlıq anlayışlarının həqiqi surətini kinayəli formada nümayiş etdirilməsinin nadir üslubunu kəşf etmişdilər. Beləliklə, zənən vücudu və qadın cinsinin arxetipi hüsnü-camalın əsil həqiqət, mövcudiyyətin məğzi və dirçəliş səbəbi olduğu paklıq və gözəllik rəmzinə çevrilmişdir.
Təkamül və cəmiyyətin təbəqələşməsi prosesində çılpaq zənən vücudunun rəmzi məqsədyönlü şəkildə pərdələnmiş naxışlı qışaya malik basmaqəlib universal şablona döndərilmişdir. Bunun nəticəsində, şüurlu məxluqatlar sayılan və təfəkkürləri həm həqiqəti, həm də iftiranı canlandıran insanların özü daima həqiqəti ərsəyə gətirib dəf edirdilər. Yaradılmış və və məqsədli düşünülmüş uydurma hər zaman nəsnənin və qəziyyələrin axarını dəyişən bir alət sayılırdı. “Çılpaq gerçəkliyi” “libaslara” bürüyərək, açıqlığı mənasız alabəzək ləkələrlə məhv edərək, sadəliyi və izah olunması ilə hamını cəlb edən “yalançı həqiqət” kodunu yaradaraq, insanlar əl-əlxüsus incəsənətdə öz əksini tapmış qaydalar və qadağalar külliyatını işləyib hazırlamışdılar.
Tarixən çılpaq zənən surəti dəfələrlə nəinki rəssamlar, həmçinin şairlər və yazıçılar tərəfindən geniş istifadə olunub və ruhun hürriyyət obrazı, həqiqət, gerçəklik və ədalət rəmzi kimi qəbul olunurdu. Çılpaqlıqdan və gerçəklikdən üz döndərmə tarixdə çox dəfə baş vermişdi və bu zaman örtüksüz vücudun təsviri mənfur və haram sayılırdı. Qadağalar və tabular vasitəsilə inkişaf etmiş cəmiyyətlərdə çılpaq vücudun rüsvayçı və günahkar olması təbliğatı geniş vüsət almışdı. Çılpaq vücüdun təsviri o zaman cinayətin törədilməsinə bərabər tutulurdu. İrimiqyaslı ideoloji “basqının” və “təsvirin zəruri məhdudiyyətlərin” faciəvi təsiri rəssamlar arasında bir çox incəsənət sahəsində özünü büruzə verən təsviri “cavab”, dağıdıcı ideoloji təəsübkeşliyə qarşı etirazın yaranmasına gətirib çıxartdı. Təəcüblü olsada, Sovet totalitarizmi dövründə müəyyənləşən məhdud qaydalar, qadağalar və göstərişlər incəsənətdə şərti olaraq “pərdələnməmiş bədii həqiqət” adlandırılan qəribə istiqamətin formalaşmasına təkan verdilər. Bu istiqamətin əsas məğzini, sözsüz ki, həyat yolunu müəyyənləşdirən seçim təşkil etdi və bu seçimə görə rəssam ya müqavimət göstərməli idi və ya da ümumi paradiqmin axını ilə getməli idi.
Əsmər Abdullayeva, incəsənət tənqidçisi