02 May - 03 May 15
YARAT Müasir İncəsənət Mərkəzi Britaniya Ali Dizayn Məktəbinin müəllimləri, Moskva şəhərindən olan mühazirəçilərinin iştirakı ilə iki günlük intensiv ustad dərsinə dəvət edir. Ustad dərsinin əsas mövzuları: Vizual kommunikasiya və yaradıcılığın inkişafı. Ustad dərsdə eləcə də brendinq, dizayn, komanda işi, ideyaların müxtəlif məhdudiyyətlər şərtləri altında işlənməsi və s. kimi digər istiqamətlərə də toxunulacaq
Ustad dərsin geniş praktiki tərkibi də nəzərdə tutur - iştirakçılar mühazirəni dinləmə ilə yanaşı, həm də əl bacarıqlarını və “beyinlərini” (“düşüncə tərzlərini”) istifadə edəcəklər.
Praktiki hissəyə, demək olar, zamanın yarısı sərf olunacaq, mühazirəçi ilə qarşılıqlı müzakirə daha çox təcrübə və ilham almağa imkan verəcək. Ustad dərsi yaradıcı insanların müştərək işinin inkişafına ideal şəkildə uyğun gəlir, təsəvvürün genişləndirmək metodlarını öyrədir, diqqət, təsəvvür və düşüncənin dizayn kateqoriyaları ilə inkişaf etdirməyə kömək edir. Hədəf auditoriyası: qrafik dizaynerlər, art-direktorlar və kopirayterlərdir.