10 İyn - 09 Okt 16
KİÇİK YALANLAR
Kuratorlar
Suad Garayeva-Maleki
Björn Geldhof
İştirakçılar
David Claerbout / Belçika
Soren Thilo Funder / Danimarka
David Claerbout
İşdən qayıdarkən leysan yağışa düşmüş neftçilər (Nigeriya, Shell şirkəti), 2013
Tək kanallı video proyeksiya, səssiz, HD rəngli animasiya, sonsuz
İnternetdə rastına çıxan şəkildən ilhamlanan rəssam, İşdən qayıdarkən leysan yağışa düşmüş neftçilər (Nigeriya, “Shell” şirkəti) adlı əsəri ayrı-ayrı vizual materialları rəqəmsal şəkildə bir-birinə calamaqla və hərəkətli təsvir formasına salmaqla ərsəyə gətirib. İlk olaraq, tamaşaçının diqqəti küçədəki yağış sularının hərəkətsiz axınına yönəlir. Hər hansı bayağı bir şeyi qeyri-adi, müstəsna hadisəyə çevirmək arzusundan qaynaqlanan hipotetik bağlılıq ilə, Klaerbout müxtəlif təsvirləri araşdırmış, neftin və suyun fiziki xüsusiyyətlərini öyrənmişdir. Nəticədə, o, neftin teksturasını və toxunulmaqla duyulan əlaqəsini xatırladan relyefli su qatılığını hasil etmişdir. Növbəti epizod, körpünün altında daldalanmış bir qrup neftçilərin ətrafında cərəyan edir. Detallara varsaq, neftçilərin “zombiyə bənzər” simalarında həyat eşqinin söndüyünü görməmək çətin deyil. Bu isə bir sıra anormallıqlar, ələlxüsus, sifətlərdə gözlərin olmaması və sınmış baxışlarla ifadə olunur. Bu “ölgünlük” və ya “ruhsuzluq” ətrafda hökm sürən iqtisadi qeyri-stabillik şəraitlərinin ucbatından gözləməkdə olan, “ilişib qalmış” nəsildə bu video proyeksiyanın baş qəhrəmanlarının daldalanacağı kimi, sosial refleksiyaya səbəb olur.
Soren Thilo Funder
Kosmonavt (burada-yuxarıda heç bir Tanrı görmürəm), 2013
HD video, 5:30 dəqiqə
Kosmonavt (burada-yuxarıda heç bir Tanrı görmürəm) yaşlı kişinin açıq kosmosa səyahət edən ilk insan, kosmonavt Yuri Qaqarinlə (1934-1968, Rusiya) bağlı kinayəli eyhamlarıdır. Deyilənə görə, o, 1961-ci ildə, kosmosa qalxmazdan əvvəl, kosmodroma aparan avtobusun arxa təkərinə işəyir. Həmin vaxtdan bəri, kosmosa səfər edən hər bir kosmonavt bu “vacib ritualı” yerinə yetirməyi özünə “borc” bilir. Bunu “rituala” çevirən kosmonavtlar, bu ənənəni onlara “uğur” gətirəcəyinə inanırlar. Təlqinedici hekayə və ətraf mühit: qış havası, sovet üslublu musiqi və kostyum; bütün bunlar, tamaşaçının kosmik səyahətin təsviri, təbliğatçı və utopik erası ilə bağlı qənaət hasil etməyə vadar edir. Heç nəyə baxmayaraq, bu sadəcə bir illüziyadır; Qaqarin 34 yaşında, qocalığa çatmamış dünyasını dəyişdi. İlk kosmik gəmi, Vostok 1, qışda yox, məhz yaz günü səmaya qalxdı. Avtobus isə, astronavtları birbaşa start meydançalarına daşımaq üçün istifadə edilən xüsusi avtobus yox, Danimarkanın hava limanı avtobusudur. Tamaşaçının illüziyaya cəlb edilməsi, qocalmış və dinamikliyini itirmiş, uğursuzluğa düçar olmuş sistem haqqında hekayəni, XX əsrdə silahlanma yarışı ilə əvəzlənən nağılı şübhə altına qoymağa vadar edir.
Soren Thilo Funder
Məhz bu an (Antuan), 2014
HD video, 5:30 dəq.
Ən birinci Adaptasiya (haq-qımızda heç nə me-lan-xolik deyil) əsərində istifadə edən bu video parçanı Funder Fransanın Verden şəhərində asfaltlanmış basketbol meydançasında gənc oğlanın musiqi sədaları altında diyircəkli konkiylə ora-bura sürməsini görəndə çəkib. Hadisələrin cərəyan etdiyi fon boz və melanxolik əyaləti əks etdirir. Əslində bu basketbol meydançası, tarixən Birinci Dünya Müharibəsinin ən böyük döyüş meydanlarından birinin, yarım milyondan çox insanın məhv olduğu ərazidə tikilib. Sənaye həyatının azadlıqdan məhrum etdiyi cəmiyyətin özəl xüsusiyyətinə – ətraf mühitin müasirliyinə baxmayaraq, böyük ehtimalla, öz rəqsindən ləzzət alan və onu əhatə edən mühitdən və bu mühitin keçmişindən büsbütün ayrılmış bu oğlan, olub-keçənlərdən xəbərsizdir...
David Claerbout
Nəfəs alan quş, 2012
2 kanallı video, 19 düymlu düz ekran, 30 dəq. təkrar
Yalnız pəncərənin tərləmiş şüşəsində kondensasiya hissəcikləri ilə görünən hərəkətli quş təsviri həm poetik, həm də “aldadıcıdır”. Sarıbülbül quşu müxtəlif mədəniyyətlərdə müxtəlif mənalar kəsb edir. Onun rəngini sevinc, uçuşunu azadlıq, gözəl cəh-cəhini isə “qeybət” ilə müqayisə etmək olar. Tarixən, sarıbülbüllər kömür şaxtalarında zəhərli qazı müəyyən etmək üçün istifadə edilib. İnsanların həyatın xilas edilməsinə rəğmən son dərəcə izafi cəhd olan bu “ölçü cihazı”, təhlükəli vəziyyətlərdə qeyri-müəyyən əminlik təklif edir. Bu əsərdə sarıbülbülün qəfəsə düşməsi şaxtaçının da “ilişməsini” təcəssüm edir, onun acı taleyinin qaçılmazlığını işıqlandırır.
Soren Thilo Funder
Yoldan sapmaq (sən orada-yuxarıda öləcəksən), 2016
3 kanallı HD video, 10 dəq.
Yoldan sapmaq (sən orada-yuxarıda öləcəksən) əsərinin hekayəsi astronavt Billi Katşo və onun öz gələcəyi arasında söhbət ətrafında cərəyan edir. Bu əsər, üçkanallı proyeksiyadan ibarətdir: mərkəzi panel Vaşinqtonda yerləşən avaralar məhəlləsinin küçələrindən keçir. Sol paneldə bu “söhbət” və nəhayət, sağ paneldə, simli orkestr nümayiş olunur. Astronavt Billi Katşo “Ekzorsist” (1973) və “Doqquzuncu konfiqurasiya” (1980) kimi iki filmdə yer alan, uydurulmuş bir personajdır. Məşhur “Sən orada-yuxarıda öləcəksən” kəlamı “Ekzorsist” filmindəki gənc qızın müdhiş xəbərdarlığından götürülmüşdür. Funder kinematoqrafiya üsullarından istifadə edərək, ABŞ və keçmiş SSRİ arasındakı soyuq müharibənin ən möhtəşəm hissəsi, kosmik tədqiqatlar sahəsində amansız yarışma ilə bağlı tam fərqli, xəyali illüziyalar yaratmağa çalışıb. Bu illüziyalar, kino yaradıcılığının texniki mexanizmlərini aşkara çıxarmaq üçün davamlı olaraq parçalanır. Nağıl və hekayələrin nəqlində istifadə edilən mexanizmlərin açıqlanması, ideoloji qarşıdurmalarda istifadə edilən vasitələri ifşa edir. Onların həqiqətlərini və mənəvi dəyərlərini yekun olaraq şübhə altına qoyan Funder, bu “mexanizmləri”, sözügedən uğursuzluğa düçar olmuş ideologiyaların səbəbiyyəti kimi ittiham edir. Billi Katşonun ölümünə istinad edən söhbət, Yoldan sapmaq əsərinin mərkəzini təşkil edir. Bu söhbət, Ayın fəth edilməsindən irəli gələn nəticələrə ünvanlanan bəd əlamətlər, pis duyğular ilə zəngindir. Onlar gələcəkdə virtual reallığın “cənginə keçən” və büsbütün onun əsirinə çevrilən müasir insanı formalaşdıran texnoloji ixtiralar və elmi-texniki nailiyyətləri ehtiva edir. Bu video instalyasiyada, Funder ideoloji tərəqqinin mümkün sosial və siyasi nəticələrini araşdırmağa imkan verir.
David Claerbout
Səyahət, 1996 – 2013
Səsli HD animasiya, 12 dəq.
Səyahət – rəssamın “təsviri 3D” adlandırdığı texnika vasitəsilə, “xəyali meşəni” son dərəcə dəqiqliklər, hər anı bütün xırdalıqları əks etdirməklə yaradılıb. Sakitləşdirici musiqi sədalarının dinləyicini fərqli mental vəziyyətlərə səyahətə çıxarmasına can atan David Klaerbout, bu musiqini müşayiət etməyə və tamaşaçının dünya görüşünü genişləndirməyə qadir olan yayğın mənzərəni rəqəmsal formada qurub-yaratmağa müyəssər olmuşdur. Klaerboutun təcrübəsinin nəticəsi kimi, Səyahət filmindəki vizual görüntülər hansısa əlahiddə mənzərələrdən azaddır; bu səyahət Avropa parkından başlayaraq Amazon tropik cəngəlliklərinə qədər davam edir. Bu da tamaşaçının məkanla bağlı yanlış fikir formalaşdırmasının qarşısını almaqla yanaşı, bu və ya digər epizoda tam “qərq olmağa” imkan verir. Bu qısametrajlı animasiya filminin sonunda, şəhər kənarının mülayim mühitini üzə çıxarmaq məqsədilə, kamera bu mühitdən geriyə çəkilir və tamaşaçının diqqəti qəddar satqınlıq və acı həqiqət ilə üz-üzə qalır. İllüziyaların birdən-birə darmadağın parçalanması, sinqulyar perspektivdən hasil edilən yanlış nəticələrlə bağlı məyusluğa gətirib çıxarır.