19 Noy - 30 Yan 16
Yeganə pələngin mənəm
Geyimdə heyvan təsvirlərindən istifadə olunması 20-ci əsrin əvvəllərində dəbə düşür. Onları ilk dəfə olaraq modellər, aktrisalar, müğənnilər, pin-up qızlar, bir sözlə həmin dövrün seks-simvolları geyinmişlər. Belə geyimlər qadının cazibədar, seksual bəbir və ya pələng olması ideyasını təbliğ edirdi. Bu qadın-bəbir kişilərin ələ keçirmək istədiyi qənimət kimi görünməsinə baxmayaraq, əslində özü ovçu idi. 1925-ci ildə Amerika kinoaktrisası Starlet Niksonun bəbir təsvirli üst geyimi, 1940-cı ildə Betti Peycin pin-up üslubunda heyvan şəkilli çimərlik geyimi bu növ geyimlərə daha çox marağı artırır. Kristian Dior 1947-ci ildə ilk dəfə olaraq üzərində bəbir dərisinin təsviri print olunmuş geyim modellərini təqdim edir.
Fərhad Fərzəliyev bu sərgi ilə animalistik printin (heyvan dərisinin naxışları) transformasiyasını tədqiq edir. 70-ci illərdə bu üslub pank hərəkatı tərəfindən qəbul olunur və ilk dəfə eksklüzivliyini itirərək daha qaba və şəhvani şəkildə gizlin cərəyan edir. Animalistik print “haut-couture” çərçivəsində bəyənilsə də, kütləvi mədəniyyətdə daha da populyarlaşmağa başlayır. Bu iki mədəniyyəti birləşdirərək 1990-cı ildə Spice Girls başdan ayağa kimi “heyvan dərisinin naxışları” olan geyimlərdə podiuma çıxırlar.
İllər boyu heyvan təsvirləri kopyalanmış, təkrarlanmış və dəyişdirilmişdir. Fabriklərin eksklüziv və cazibədar modelləri 20-ci əsrin əvvəlləri və ortalarında evdar qadınlar tərəfindən geyilən ucuz tekstillə əvəz edilir. Fərzəliyev öz işində məhz bu prosesi izləməyə çalışır.
Nə vaxtsa “heyvan təsvirli basma”nın dəbdəbə və eksklüzivlik təmsil etdiyi sahədə Fərzəliyev öz ilkin məna və istiqamətindən ayrılmış materialla işləyir. O, “heyvani print”in sonsuz təkrarlanmasını qeyd etməklə, sanki vəhşi heyvanın uzaq əks-sədasını üzə çıxarır. Bütün bunlar qənimətin əmtəəyə, canlı təbiətin isə sənaye istehsalına çevrilməsini ifadə edir.
“Yeganə pələngin mənəm” sərgiyə verilən bu istehzalı ad eyni zamanda qadın portretini də . Bu qadın portreti, 17-ci əsrin ortalarında Piter Paul Rubens tərəfindən çəkilmiş “Xəz” portretini xatırladır. Rubens öz xanımı Elen Formanı bütün qamət boyu yarıçılpaq təsvir etmiş, qadının ehtiraslı bədəni yarıyacan heyvan xəzi ilə örtülmüşdür. Rubens xanımının cazibədar və utancaq baxışlarını çox incəliklə verərək, heyvan xəzindən onun çılpaqlığını gizlətmək üçün istifadə edir. Fərzəliyevin yaratdığı ana və ya evdar qadın obrazı isə bədən kütləsi istisna olmaqla, hər cəhətdən Elen Formanın portreti ilə ziddiyyət təşkil edir. Fərzəliyevin qəhrəmanı daha hissiyatlı olaraq “heyvan dərisinin print”ini öz şəhvaniliyini gizlətmək üçün deyil, əksinə qadın lətafətini vurğulamaq üçün istifadə edir.
Byörn Qeldhof
Sərginin kuratoru