19 Sen - 21 Sen 14
COSMOSCOW üçün Rəşad bütün divarı əhatə edən və qonaqlar üçün qismən keçilməz olan əsər hazırlayıb. CUİ BONO? adlanan instalyasiya sıx kəndirlərdən ibarət olub məkan boyunca genişlənərək matris formasını əmələ gətirir. Arxadan işıqlandırılaraq kəndirlər CUİ BONO? mesajı formasını alır. Latın sözü olan CUİ BONO? “kimin xeyrinə” mənasını daşıyır, xüsusilə konflikt və müharibə ilə bağlı olan qıcıqlandırıcı motivasiya haqqında universal sual xarakterini daşıyır. İnstallasiyanı təşkil edən kəndirlərin sərbəst şəkildə asılması, möhkəm qaytanlanması və kəmənddə bəndlənməsi sadə bir kəndirin münaqişə zamanı situasiyada necə maneə, xilaskar və daha qanlı formaya gətirib çıxara biləcək səbəbkar olmasının göstəricisidir.