29 Yan 20
YARAT Müasir İncəsənət Məkanı YARAT Friends Patformasının üzvləri üçün Aydın Kazımzadə ilə videoart nümayişinə və müzakirəsinə dəvət edir.
Filmlər izləyəcəyik və müzakirələr edəcəyik. Növbəti görüşümüz zamanı Sizi videoart nümayişi gözləyir. Müzakirə Azərbaycan kinoşünası, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə tərəfindən aparılacaqdır.
Nümayiş olunacaq filmlər:
Mersedes Şturm-Li (İsveç) Neft və milyonlar səltənəti
Timo Herbst (Almaniya) Bakı Ana Dili
Fərid Rəsulov (Azərbaycan) Ətalət
Orxan Hüseynov (Azərbaycan) Qlobal istiləşmə
Platformaya qoşulmaq və tədbirdə iştirak etmək üçün müraciətinizi elə indi friends@yarat.az
ünvanına göndərin və yaxud bizimlə əlaqə saxlayın +994 50 274 6744
Tarix: 29 yanvar, 2020
Saat: 18:30
Məkan: YARAT Mərkəzi
Giriş yalnız YARAT Friends üzvləri üçündür