Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
07 Mar 17
YARAT Müasir İncəsənət Məkanı martın 7-si YARAT Film Klubu çərçivəsində rejissor Azər Quliyevin qısametrajlı filmlərinin nümayişini təqdim edir.
Pa-Pa / 2016 / Azərbaycan / 14 dəq. / Rəngli
Anası ilə çətin münasibətlər fonunda gənc oğlan yaşadığı evi tərk etmək qərarına gəlir. Uşaqlıqdan atasız böyüyən gəncin bir məqsədi var – ata yurdunu ziyarət etmək və atasının ailəsini tərk etməsinin səbəbini öyrənmək.
Mənim tənha şəxsiyyətim / 2016 / Azərbaycan / 10 dəq. / Rəngli
Böyük dünyada tənhalıqdan xilas yollarını axtaran bir tənha insanın hekayəsi.
Filmlər Azərbaycan dilində ingilis subtirləri ilə nümayiş olunacaqlar.
Tarix: 7 mart. 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.