Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
17 Yan 17
YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 17 yanvar 2017-ci il tarixində sizi gənc kinorejissor Cavid Zaidovun “Kənarda” qısametrajlı filminin nümayişinə dəvət edir.
Kənarda / 2016 / Böyük Britaniya / 15 dəq / qısa film / rəngli
Kənarda filmi 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edir. 4 nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan biri - ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır...
Cavid Zaidov – London Kinematoqrafiya Məktəbinin məzunudur (2016). “Kənarda” filmi onun diplom işidir. O, həmçinin Vestminster Universitetinin Humanitar elmləri fakültəsinin kino tədqiqatları üzrə magistridir. İdman və kinematoqrafiya jurnalistikası sahəsində böyük təcrübəyə malikdir, “Qızıl qələm” mükafatı laureatıdır (2007).
Film ingilis dilində, rus subtitrları ilə nümayiş olunacaq
Tarix: 17 yanvar, 2017
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir