Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
08 Noy 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
8 noyabr 2016-cı il tarixində YARAT Akademiyasının tələbələrini və bütün incəsənət vurğunlarını YARAT Film Klubu çərçivəsində keçiriləcək "Rəssamın yanında" sənədli filmin nümayişinə dəvət edirik.
Rəssamın yanında / 2012 / ABŞ / 126 dəq / sənədli film / rəngli
Metyu Eykers və Cefri Düprenin sənədli filmi, rəssam Marina Abramoviçin yaradıcılıq həyatının ən vacib hadisələrdən birinə, Nyu-York Müasir İncəsənət Muzeyində ("MoMa") öz retrospektiv sərgisinə hazırlaşmasından bəhs edir. Sözügedən sərgi, "MoMa" tarixində ən böyük performanslardan biri olub.
Belə ki, sərgiyə gələn ziyarətçilər rəssamın ən seçilən və "ara qarışdıran" performanslarını tamaşa etməklə yanaşı, onlarda şəxsən iştirak etmək imkanını da qazanıblar. Performanslardan biri, nə az, nə çox düz 736,5 saat davam edib (arzu edən hər kəs 30 dəqiqə Abramoviçin gözlərinə baxmaq imkanına malik olub). Bunu bacaranlar, sadəcə "iştirak etmək" deyil, "indi və burada olmağın" nə olduğunu dərindən dərk ediblər.
Keçmiş Yuqoslaviyadan olan əfsanəvi rəssam Marina Abramoviçi tez-tez "performansın nənəsi" adlandırırlar. Bu gün sözügedən incəsənət növündə onun demək olar ki, tayı-bərabəri yoxdur və o, ilk dəfə incəsənət aləminin diqqətini özünə hələ 1974-cü ildə cəlb edib.
Marina bu gün də dünyanın ən aktual rəssamlarından biri sayılır. Belə ki, onun yaratdığı performanslar gündəlik məişət çərçivəsindən kənara çıxmağa və təfəkkür sərhədlərini genişləndirməyə imkan verir.
Film ingilis dilində nümayiş olunacaq
18 +
Tarix: 8 noyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.