İyun 2024

FOTOQRAFİYA ÜZRƏ BEYNƏLXALQ YAY MƏKTƏBİ

01 Avq - 23 Avq 14

YARAT MÜASİR İNCƏSƏNƏT MƏKANI FOTOQRAFİYA ÜZRƏ BEYNƏLXALQ YAY MƏKTƏBİNƏ QƏBUL ELAN EDİR

1 > 23 AVQUST 2014

Ərizələrin təqdim olunmasının son tarixi: 15 iyul 2014

  • Yerlər məhduddur! İştirakçıların sayı 12 nəfərdir!

MƏLUMAT

Peşəkar fotoqraflar üçün nəzərdə tutulmuş Yay Məktəbində müasir fotoşəkil çəkilişinin əsas aspektləri ilə bağlı üç həftəlik intensiv praktiki və nəzəri təlim keçiriləcək.  

Bu proqram Magnum Photography ilə birgə əməkdaşlıqda işlənib hazırlanmışdır. Magnumun təşkil etdiyi təhsil və ictimaiyyət üçün nəzərdə tutulmuş tədbirlərdə fotoqraf karyerasının müxtəlif mərhələlərində fəaliyyət göstərən rəssamlara Magnumun tanınmış fotoqraf və əməkdaşlarının zəngin təcrübəsindən faydalanmaq fürsəti verilir.

Müxtəlif seminarlar, icmal tədbirlər, məşğələlər, ali tədris ocaqları arasında yaranan əməkdaşlıq və mühazirələri oxumaq məqsədilə xaricdən mühazirəçilərin dəvət olunması vasitəsilə “Magnum Photos” fotoqraflar, həvəskarlar, tələbələr və fotoşəkil pərəstişkarlarını öz fəaliyyətlərinə cəlb etmiş olur.  Adları çəkilən tədbirlərdə sürətlə dəyişən fotoşəkil bazarında öz vizual incəsənət bacarıqlarını və üslublarını təkmilləşdirmək üçün tədbir iştirakçılarına interaktiv, praktiki və nəzəri məsləhətlər verilir.

Yay Məktəbinin mühazirəçiləri sırasında “Magnum Photoraphy”-ni təmsil edən Tomas Dvorjak (Almaniya) və Çienq Çi Çanqı (Tayvan), habelə Londonda yaşayıb yaradan məşhur fotoqraf David Montqomerini qeyd etmək olar.

Yay Məktəbi 1-23 avqust 2014-cü il tarixlərində keçiriləcək. Ərizələrin təqdimatı üçün nəzərdə tutulmuş son tarix iyul ayının 15-dir.

Ərizə formasını buradan yükləyə bilərsiniz.

YEKUN

Yay Məktəbi sayəsində proqram iştirakçıları nə iştirakçıları nəzəri danışıqlar, müzakirə və debatlar, vizual təqdimatlar, tənqidi təhlillər və tapşırıqlardan bəhrələnəcək. Nəticədə fərdi maraq və şəhərsalma tədqiqatlarıyla bağlı vizual təcrübələr hesabına iştirakçıların fotoşəkil çəkilməsi sahəsində bilik və bacarıqları artacaq. Proqram iştirakçıların ərsəyə gətirdikləri fotoşəkillər Yay Məktəbi sona çatdıqdan sonra kuratorun iştirakı ilə sərgi salonların birində nümayiş olunacaq.  

PROQRAM

Seminar peşəkarlar və ya fotoşəkil çəkmə sənətinə ciddi marağı olan  həvəskarlar üçün nəzərdə tutulub.  Seminar zamanı tələbələrin tarixçələrin tədqiq edilməsi və təkliflərin verilməsi, vizual tapşırıqlar və redaktə ilə məşğul olacağı gözlənilir. Yekunda, hər bir tələbənin baxışı müəyyən edilərək formalaşacaq, hekayələri nəql etmək bacarıqları təşviq və özlərinə məxsus üsullar sayəsində artacaq.  Proqrama başlamazdan əvvəl ərizəçilərin əsaslı fotoşəkil çəkmə bacarıqları olmalıdır. Onlar ərizə forması ilə birgə seçilmiş işlərinin faylını da təqdim etməlidir (ən çox 5 fotoşəkil olmaq şərtilə).

TƏLƏBƏLƏR ÖZLƏRİ İLƏ NƏ GƏTİRMƏLİDİR?

  • Tarixçə ilə bağlı təklifi
  • Kifayət qədər yaddaş həcminə malik kartları olan rəqəmsal kameranı
  • HDMİ kabeli olan noutbuku
  • Ya rəqəmsal, ya da çap olunmuş seçmə fotoşəkillərin toplusunu
  • Səsyazma cihazı (iştirakçının ixtiyarına uyğun olaraq)

Fotoşəkil həm fotoplyonkada çəkilmiş, həm də rəqəmsal ola bilər. Seminar yüksək sürətlə keçirildiyinə görə, “Magnum” iştirakçılara fərdi noutbukları istifadə edərək əsərlərini rəqəmsal üslubda yaradıb redaktə etməyi tövsiyyə edir.  Fotoplyonkadan istifadə etmək niyyətində olan iştirakçılar yalnız öz vəsaitləri hesabına və verilən vaxt müddətində ondan yararlana bilər.

KURSUN STRUKTURU

Aşağıdakı cədvəldə proqramın tədbirlərin həftə ərzində necə təşkil olunacağı haqqında məlumat verilir. Hərçənd təqdim olunan cədvəl yekun cədvəl deyil və seminarı aparan fotoqraf qrupun iştirakçıların ehtiyaclarını nəzərə alaraq seminar gedişatını həmin ehtiyaclara uyğun olaraq formalaçdıracaq.  Seminar sərbəst, heç bir ciddi məhdudiyyətlər qoyulmadan keçiriləcək və proqram iştirakçıları onlara verilən vaxtdan öz ixtiyarına uyğun olaraq istifadə edəcək.

BİRİNCİ GÜN

9:00 Salamlama İclası və Mühazirəçilərin Təqdimatı

İştirakçılara şəhərdə keçirilən sərgilər haqqında ətraflı məlumat,  şəhər xəritəsi, habelə seminar əməkdaşlarının əlaqə nömrələrinin siyahısı daxil olmaqla, fərdi iştirakçı qovluğu veriləcək. Sonra iştirakçılar proqram keçirildiyi siniflərə üz tutacaq.  

9:30 – 13:30 Səhər sessiyası zamanı qrup iştirakçıları gətirdikləri seçmə fotoşəkillərə nəzər yetirəcək və seminar boyu tarixçələrlə bağlı ideyaları müzakirə edəcək.

Nahar fasiləsi: İştirakçılar bu müddətdən istədikləri şəkildə istifadə edə bilər.

14:30 – 18:00 Fərdi fotoqrafiya sessiyaları

Günün ikinci yarısı fotoşəkillərin çəkilməsinə həsr ediləcək. Tövsiyyə edərdik ki, tələbələr tədbirə gəlməzdən öncə onlar üçün maraq kəsb edən sahələri araşdırsınlar və, beləliklə, birbaşa, vaxt itirmədən şəkil çəkməyə başlasınlar.  Nahar fasiləsində sonrakı müddət ərzində iştirakçılar fotoşəkil çəkmə ilə məşğul olacaq; bu zaman fəaliyyətlər ya tarixçələr, ya da ki, mühazirəçinin müəyyən etdiyi kiçik tapşırıqlar əsasında yerinə yetiriləcək.

İKİNCİ GÜN

10:00 – 12:00 Sinifdə keçirilən dərs. Tələbələr əvvəlki gündə çəkilmiş və artıq redaktə olunmuş təxminən 20 fotoşəkil ilə dərsə gəlməlidir.  Onların işləri öncədən ya fərdi şəkildə, ya da cütlüklərə bölünərək redaktə edilməlidir, qrup iştirakçıları tərəfindən baxılmalı və mühazirəçi tərəfindən tənqid olunmalıdır.

13:00 – 18:00 Günün ikinci yarısında iştirakçılar öz fərdi layihələri ilə bağlı şəkil çəkməlidir.  

ÜÇÜNCÜ GÜN

10:00 – 12:00 Sinifdə keçirilən dərs. Tələbələr əvvəlki gündə çəkilmiş və artıq redaktə olunmuş təxminən 20 fotoşəkil ilə dərsə gəlməlidir.  Onların işləri öncədən ya fərdi şəkildə, ya da cütlüklərə bölünərək redaktə edilməlidir, qrup iştirakçıları tərəfindən baxılmalı və mühazirəçi tərəfindən tənqid olunmalıdır.

13:00 – 18:00 Günün ikinci yarısında iştirakçılar öz fərdi layihələri ilə bağlı şəkil çəkməlidir. 

DÖRDÜNCÜ GÜN

10:00 – 12:00 Sinifdə keçirilən dərs. Tələbələr əvvəlki gündə çəkilmiş və artıq redaktə olunmuş təxminən 20 fotoşəkil ilə dərsə gəlməlidir.  Onların işləri öncədən ya fərdi şəkildə, ya da cütlüklərə bölünərək redaktə edilməlidir, qrup iştirakçıları tərəfindən baxılmalı və mühazirəçi tərəfindən tənqid olunmalıdır.

13:00 – 18:00 Günün ikinci yarısında iştirakçılar öz fərdi layihələri ilə bağlı şəkil çəkməlidir. 

BEŞİNCİ GÜN

9:00 - 14:00 Sinifdə keçirilən dərs. Bu gün slayd-şouda nümayiş olunması üçün nəzərdə tutulan tələbələrin redaktə işlərinin təkmilləşdirilməsi həyata keçiriləcək.  İşlər çap edilərək tələbələrə veriləcək, bu zaman redaktə işini tamamlamaq məqsədilə tələbələr öz mühazirəçiləri ilə sıx işləyəcək.  

19.00 Sessiya iştirakçıların işlərinin təqdim edilməsi ilə başa çatacaq.

 

MÜHAZİRƏÇİLƏR:

DAVİD MONTQOMERİ (Böyük Britaniya)

04 > 08 AVQUST 2014

David Montqomeri tanınmış və  mükafatlarla təltif olunmuş beynəlxalq səviyyəli fotoqrafdır. “Q Magazine” tərəfindən altmışıncı illərdə ən əlamətdar surətləri yaratdığına görə “Psicadelia”-nın xüsusi buraxılışında qeyd edilib. Professor Montqomeri beynəlxalq səviyyədə bütün zamanların ən əfsanəvi fotoqraflarından biri kimi tanınıb. Nyu Yorkun Bruklin rayonunda anadan olmuş, həmin şəhərdə Aleksi Brodevitç tərəfindən aparılan fotoşəkil çəkmə kurslarının iştirakçısı olmuş, sonra isə bir çox mükafat sahibi olan fotoqraf Lester Bukbinderlə  dörd il işləyərək,  1960-cı illərin əvvəlində incə, xəfif İngiltərə işığına aşiq olaraq, həmin ölkədə məskən salıb. Hazırda Londonda yaşayır və yaradıcılıqla məşğul olur.  

David yüksək rütbəli dövlət adamların və məşhur şəxslərin fotoqraf-portretçisi kimi tanınıb. Onun müştəriləri sırasında aşağıda adları qeyd olunan şəxsiyyətlər və qruplar var: Z.A. Kraliça II-ci Elizabet, Ana Kraliça, Şahzadə Endryu, Şahzadə Harri, Lord Mauntbatten, Baronessa Marqaret Tetçer, Lord Hyum, Edvard Hit, Cek Strou, Bil Klinton, Pyer Trudo, Z.A. Kral Hüseyn, Kardinal Beyzil Hyum, Endi Uorhol, Lüsyen Froyd, Devid Hokni, Frensis Bekon, Hovard Hodkin, Cozef Buoys, Bil Brant, Gilbert və Corc, Konrad Şavkros, Keti de-Monşo, Qreyson Perri, Dayana Ros və “the Supremes”, Mik Caqqer, “The Rolling Stones”, Cimi Hendriks, Jan Şrimpton, Terens Stamp, Professor Stefen Houkinq, Alfred Hiçkok, Məhəmməd Əli, Binq Krosbi, Ser Pol Mak-Kartni, Krissi Hind, Pirs Brosnan, Klint İstvud, Şon Konneri, Barbara Streyzand, “The Clash”, “U2”.

Kursun təsviri:

Fotoşəkillərin çəkilişini nəhayət ki, qazancın əldə olunmasının vicdanlı və maraqlı yolu, habelə özünəməxsus, ciddi incəsənət istiqaməti kimi tanımağa başlayıblar. 

Əvvəlki zamanlardan fərqli olaraq, rəqəmsal texnologiyalar indi asanlıqla əldə edilə bilər. Hərçənd, hər gün çəkilən şəkillərlə incəsənət səviyyəsinə qədəm basmış, zərif emosional dərinliklərə qərq olan şəkillər arasında yerlə göy qədər fərqləri var.  Həqiqi mənada nəhəng fotoqraflar sayılan insanlar həssas kompozisiyaları işıq, quruluş və formanın əsas obrazları ilə birləşdirir. Keçiriləcək kursun məqsədi tələbələrə öz fotoaparatların təklif etdiyi xidmətlərdən bəhrələnmək və “GÖRMƏK” bacarıqlarını aşılamaqdır. 

Devid Montqomeri kursda iştirak edəcək tələbələri “seyr etmə” dünyasını kəşf etmək üçün sehirli aləmə səyahətə aparacaq. Işığın saysız-hesabsız keyfiyyətlərinə, habelə fotoaparatların və linzaların praktiki potensial imkanlarına əsas diqqəti cəlb edərək, Devid Montqomeri fotoşəkil sənətinin “təməl daşlarını” təmsil edən bilikləri nümayiş edib izah edəcək və tədbir iştirakçılarını fərdi və yaradıcı baxış barədə məlumatlılıq səviyyələrini artırmağa sövq edəcək.

 

ÇIEN-ÇI ÇANQ B. (Tayvan)

“Hərəkətsiz obraz hərəkətdə, hərəkətdə olan obrazlar isə hərəkətsiz ola bilər. Hər ikisi eyni səs məkanında görüşə bilər".

09 > 15 AVQUST 2014

1961-ci ildə Tayvanda anadan olmuş Çanq Suçjou və İndiana universitetlərinin məzunudur. “Magnum”-a 1995-ci ildə qoşulan rəssam, 2001-ci ildə onun tam hüquqlu üzvü olmuşdur.

Öz əsərində Çien-Çi Çanq uzaqlaşma ilə əlaqə haqqında mücərrəd konsepsiyaları izhar etməyə çalışır. “Zəncir” adlı əsər Tayvanda ruhi xəstəliklər xəstəxanasında çəkilmiş portretlər kolleksiyasıdır. Bir-birilərinə ilə, ədəbi dildə desək, zəncirlə bağlanan xəstələr cütlüklərinin real ölçüdə çəkilmiş fotoşəkilləri rəssamın nigahın gözə görünməyən tellərinə nifrətlə baxışı ilə üst-üstə düşür. O, ailə bağlarını iki kitabda- 2001-ci ildə işıq üzü görən və bir-birlərinə artıq yad olmuş Tayvan bəy-gəlinləri təsvir edən “İndi Edirəm, Edirəm, Edirəm” və Vyetnamda gəlinlərin satışı biznesini tənqid atəşinə tutan, 2005-ci ildə çap olunan “Qoşa Xoşbəxtlik” əsərlərində  mənfi kontekstdə göstərmişdi.

Ailə və mədəniyyət bağları 1992-ci ildə başlanmış bir iddialı layihənin mövzusudur. İyirmi il ərzində fotoqraf Nyu-Yorkun Çaynataun rayonunda məskən salmış Çin mühacirlərin və onların artıq Fuçjan əyalətinə qayıtmış həyat yoldaşlarının və ailələrinin ikili həyatlarını fotoaparatla çəkirdi. Layihə hələ bitməyib və “İkilik” adlı tədqiqat əsəri çərçivəsində 2008-ci ildə Sinqapur Milli Muzeyində nümayiş olunurdu. Çanqın bir insanı o birisinə bağlayan tellərlə əlaqəli tədqiqatı onun vaxtilə özü tərəfindən sınaqdan keçirmiş mühacir həyatına əsaslanır. 

 

TOMAS DVORJAK (Almaniya)

"Ərazinin Kəşfi"

18 > 22 AVQUST 2014

Tomas Dvorjak keçirdiyi tədbirlərin iştirakçılarından real vəziyyətdə olmuş kimi hərəkət etməyi, həqiqi işlə məşğul olmağı və komanda üzvü olmağını tələb edir. Tələbələr üzərində işləyəcəyi mövzu ilə bağlı ən azı iki ideya ilə çıxış etməlidir. Şəkil çəkmə, redaktə, kadrların ardıcıllığının müəyyənləşməsi və qrup rəylərin bölüşdürülməsi sayəsində Tomas Dvorjak iştirakçılara daha mahir, qarşısında qoyulan hədəflərə ehtiyatla çatan fotoqraflara çevrilməyə kömək edir. Qafqaz bölgəsinə bələd olan Dvorjak iştirakçıları ərsəyə gətirilən əsərlərin dəyişilməsi ilə bağlı daimi təhlil apararaq, yaşadığı mühitlə bağlı kəşfiyyatın aparılmasına sövq etmək istəyir.

 

ƏRİZƏ TƏQDİM EDİLMƏSİ

Ərizənin təqdim edilməsi üçün nəzərdə tutulmuş sontarix iyul ayının 15-dir.  iyul tarixidir. Bu tarixdən sonra təqdim olunan ərizələrə yalnız boş yerlər olduğu təqdirdə baxılacaq. Kursda iştiraklarını təmin etmək üçün namizədlərə mümkün olduğu qədər  tez müraciət etməkləri tövsiyyə olunur. İştirak üçün, ümumi olaraq,  12 yer nəzərdə tutulub. Ərizə formalarını onlayn rejimdə yükləmək olar. İrəli sürülən tələblərə ən mükəmməl şəkildə cavab verən namizədlər ərizə formalarını təqdim etdikdən sonra iştirak haqqında qısa zaman ərzində məlumatlandırılacaq.  

Əlavə məlumat əldə etmək məqsədilə, lütfən Təhsil Proqramının Əlaqələndiricisi Ulviyyə Axundova ilə aşağıdakı sayt vasitəsilə əlaqə saxlayın: ulvia.a@yarat.az

 

PRAKTİKİ MƏLUMAT

İştirakçılar öz noutbuklarını və fotoaparatlarının özləri ilə gətirməlidir. Kursun müddəti nəzərə alınaraq, iştirakçılara öz işlərini rəqəmsal formatda hazırlayaraq redaktə etmələri tövsiyyə edilir.


DOWNLOAD APPLICATION FORM ENG

Yüklənir