24 İyn 16
YARAT Müasir İncəsənət Məkanı sizi 24 iyun 2016-cı il tarixində BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə İR departamentinin vitse-prezidenti Leyla Novruzovanın iştirakı ilə təşkil olunacaq söhbətə qoşulmağa dəvət edir.
Leyla Novruzova 1971-ci ildə Bakıda anadan olub. O, iş fəaliyyətinə Azərbaycan Dillər Universitetini bitirdikdən və Azərbaycan Respublikası Milli Məclisində 1 illik iş təcrübəsinə yiyələndikdən sonra AMOCO, Amerikan Neft Şirkətinin əməkdaşı olaraq 1993-cü ildə başlamışdır. Məhz bu şirkət özü də daha sonralar BP şirkətinə birləşdirilmişdir. Leyla Novruzova o zamandan bəri İR sahəsində yalnız Azərbaycanda deyil, Pakistan, ABŞ, Rusiyada da çalışaraq böyük uğurlara imza atmışdır.
O, eyni zamanda 2009-cu ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 15-ci ildönümündə Azərbaycanda neft və qaz sənayesinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülən bir sıra gənclərdən biridir.
2013-cü ilin iyun ayından BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə İR departamentinin vitse prezidentidir.
2016-ci ilin yanvarında isə AmCham Azərbaycanın İR departamentinin sədri vəzifəsinə təyin olunmuşdur.
Tarix: 24 iyun, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir