May 2024

YARAT MÜASİR İNCƏSƏNƏT MƏKTƏBİ 2022-2023

28 Mar - 31 Dek 22

YARAT Müasir İncəsənət Məkanı, 10 illik fəaliyyətinin, xüsusən də mədəniyyət üzrə təhsil sahəsinin nəticəsi olaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə Azərbaycanda ilk birillik Müasir İncəsənət Məktəbi layihəsinə start verir.

Eksperimental məktəb layihəsi, müasir incəsənət sahəsində unikal olmaqla yanaşı, gənclər arasında peşəkar kadrların hazırlanması və məşğulluq proqramını təşviq edərək, təcrübi təhsilin inkişafı baxımından ölkənin mədəni sferasının mühüm hissəsinə çevrilmək məqsədi daşıyır.

Məktəbin təhsil proqramının əsas hissəsini mədəniyyət və incəsənət sahəsində tarixi ənənələrlə cari hadisələrin kəsişməsinin məzmunu əsasında formalaşan müəllif konsepsiyası təşkil edəcəkdir.

Konsepsiyanın müəllifi Azərbaycanın Əməkdar rəssamı, çoxsaylı sərgi və layihələrin kuratoru, o cümlədən müasir incəsənət sahəsində gənclərin maarifləndirilməsi üzrə bir çox fəaliyyəti olan Sabina Şıxlinskayadır.

Müasir İncəsənət Məktəbi, Azərbaycan üçün ən mühüm tarixi ərazi olan “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda, YARAT-ın yaradıcı gənclər üçün nəzərdə tutulmuş ARTIM Layihə Məkanında yerləşəcək.

Məktəbin ümumi proqramı çərçivəsində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Təlimin əsasını, öz sahələri üzrə aparıcı ekspert və mütəxəssislərin, kurator və rəssamların, habelə yerli və xarici incəsənət müəssisə və təşkilatlarının art-menecerlərinin mühazirələri və ustad dərsləri təşkil edəcək.

Məktəbin nəzəri proqramının sonunda, İçərişəhər məkanında yerləşən mədəniyyət təşkilatları, qalereyalar, yaradıcılıq mərkəzləri və muzeylərlə əməkdaşlıq çərçivəsində mədəni-sərgi tədbirlərinin keçirilməsi planlaşdırılır. 

Habelə, İçərişəhərdə intellektual istirahət üçün faydalı məkanların yaradılmasında qoruq sakinlərinin cəlb etmək məqsədilə bir sıra ictimai və incəsənət təşəbbüslərinin keçirilməsi nəzərdə tutulur. Bu sadəcə yerli auditoriya deyil, həm də ölkəmizə qonaq gələn turistləri Azərbaycanın yerli koloriti və milli tarixi ənənələrini kütləvi mədəniyyətlə birləşdirərək, müasir cəmiyyətin aktual ehtiyac və problemlərini müzakirə etməyə dəvət edir.

Eksperimental Müasir İncəsənət Məktəbi layihəsi təkcə formalaşmış deyil, həm də yaradıcı peşələrin gənc nümayəndələrinin özünüifadəsi üçün təhsil platforması yaratmaq məqsədi daşıyır.

Əlavə məlumat: 050246 9292

Yüklənir