İyun 2024

SİLSİLƏ USTAD DƏRSLƏRİ

27 Noy - 03 Dek 23

Payız fəsli silsilə ustad dərslərimizlə daha da rəngarəng olacaq!


Təkcə sözlərin kifayət etmədiyi özünüifadə sənətində transformativ səyahətə çıxmağa hazırsınız? Sizi absurdizmin valehedici obyektivindən müasir yazı, vizual həll və performansı birləşdirən birhəftəlik intensiv ustad dərslərimizə dəvət edirik.


Ustad dərslərində yazıçılıq bacarıqlarınızı inkişaf etdirmək, özünüifadə sənətini araşdırmaq, vizual təhkiyənin qurulması, eləcə də performans sənətinin incəliklərini bizim mentorlarla – Nigar Rzayeva (yazıçılıq), Mələk Bayramlı (vizual təhkiyə), Elnur Musayev (performans) birlikdə öyrənmək şansı əldə edəcəksiniz. Ustad dərsləri 3 fərqli istiqamətdə: müasir yazıçılıq, vizual təhkiyə və performans sənəti olmaqla nəzəri və praktiki şəkildə keçiriləcək. Layihənin sonunda ustad dərslərinin iştirakçıları performans nümayiş edəcəklər.


Hər bir iştirakçı qeyd olunan istiqamətlərdən birində iştirak edə bilər. İştirakçılar müsahibə mərhələsindən sonra seçiləcəklər. 


İştirak üçün tələblər:

Motivasiya məktubu və yaradıcılıq portfolionuz


Tarix: 27 noyabr – 3 dekabr / 19:00-21:00 

Müraciət üçün yaş: 16+

Məkan: ARTIM Layihə Məkanı

Son tarix: 17 noyabr

Yüklənir