May 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: RETROSPEKTİV SƏRGİ – ƏŞRƏF MURAD SEVGİ VƏ ETİRAZ

16 Mar - 23 Avq 19

VİRTUAL TUR


YARAT Müasir İncəsənət Məkanı, azərbaycanlı nonkonformist rəssam Əşrəf Muradın ilk genişmiqyaslı muzey sərgisini təqdim edir. Həm Azərbaycanın, həm də xarici ölkələrin fərdi və ictimai kolleksiyalarında saxlanılan əsərlərdən toplanmış bu sərgi XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək. Bir çox əsərlər geniş ictimaiyyətə ilk dəfə təqdim olunacaq. Sərgi, 100-dən yuxarı çoxprofilli, politematik əsər ilə, rəssamın yaradıcılığının tam spektrini əhatə edir və bir çox rəsmləri, çertyojları, eskizləri, albom qaralama rəsmlərini, eləcə də fotoşəkilləri və digər materialları bir araya gətirir.


Əşrəf Muradın 1960-cı illərin ortalarından başlayaraq ölümünə qədər (1979-cu il) yaratdığı əsərləri özündə cəmləşdirən ekspozisiya, sənətkarı möhtəşəm realist rəssam və dövrünün siyasi mühitinin həssas təfsirçisi kimi təqdim edir. 1934-cü ildə yaradılmış sosialist realizmi cərəyanı, bütün tənqidlər və aşkar formalistik eksperimentlərin məhv edildiyi “boğucu” paradiqmaya çevrildi. Yeni ideologiyanı aşkara çıxarmaqla, məcburi şəkildə geniş auditoriya yaratmaqla, bütün institutlar bu cərəyan tərəfindən “uduldu”. İosif Stalinin ölümündən sonra, siyasi dəyişikliklərin “xəfif küləyi” əsdi və sovet respublikalarına, Qərbin inkişaf edən avanqard və modernist təcrübələri ilə yaxından tanışlıq imkanını gətirdi ki, bu da növbəti hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərdi.

1960-cı illərin əvvəllərində Əşrəf Muradın həyatında baş vermiş faciəli hadisədən sonra, onun rəssamlıq üslubu, kompozisiya quruluşu, əsas diqqət mərkəzi və təsvir mövzusu köklü surətdə dəyişdi. Rejim üçün səciyyəvi, işıqla son dərəcədə bol olan, parlaq süjet-tematik rəsm əsərləri, melanxolik və dramatik çalarlara boyandı. Rəssamın parlaq palitrası tünd, kompozisiyaları isə kətanın ölçülərindən asılı olaraq, daha lakonik, monumental, ümumiləşdirilmiş və hiperbolik oldu. Sənətkar sovet həyatının qaranlıq tərəfini əks etdirir və onun üzərinə ağır yük kimi qoyulmuş sosial realizmin repressiv ehkamlarına qarşı müdafiəsini, mübarizəsini işıqlandırırdı. Onun idmançı obrazları, natürmortları və rejim rəhbərlərinin portretləri sovet mövzularına aid olsa da, sovet ab-havasını bir o qədər əks etdirmirdi. Rəssamın mövzularındakı gizli eyhamları ideologiya, rejim və onun əsaslarına qarşı etirazlar kimi qəbul etmək olar. 

XX əsrin ən vacib Azərbaycan rəssamlarından olan Əşrəf Murad incəsənətin inkişafına əvəzsiz töhfələr verdi və növbəti nəsil rəssamlar üçün əsl ilham mənbəyinə çevrildi. O, həyatı boyu heç bir zaman rəsmi olaraq tanınmadı və ilk sərgisi onun ölümündən sonra, yalnız 1984-cü ildə keçirildi.


Əşrəf Murad (d. 1925, Bakı) 1946-cı ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1954-cü ildə isə İ.E.Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. Təhsilini başa vurduqdan sonra, o, Bakıya döndü və ömrünün sonuna kimi burada qalıb fəaliyyət göstərmişdir. Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Müasir İncəsənət Muzeyində, Nar qalereyasında, eləcə Fərhad Əhmədovun, Fərhad Xəlilovun, Rəşad Babayevin və Xəyyam Mirzəzadənin şəxsi kolleksiyalarında saxlanılır.


Sərginin kuratoru Fərəh Ələkbərlidir


Redaktorlar üçün qeyd:

Sərgi: Əşrəf Murad: Sevgi və etiraz. Retrospektiv sərgi 

Məkan: XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi, Dövlət Bayrağı Meydanı, Bayıl, AZ1003

Tarixlər: 16 mart – 23 avqust 2019

Sərginin iş rejimi: çərşənbə axşamı – bazar, 12:00 – 20:00.

Giriş sərbəstdir


Media və təsvirləri üçün əlaqə:  

Hökumə Kərimova

Telefon: +99 450 2746747 

E-poçt: hokuma.k@yarat.az   

Yüklənir