May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: BABİ BƏDƏLOV ZARATUSTRA FƏRDİ SƏRGİSİ

02 Mar - 16 İyn 19

YARAT Müasir İncəsənət Məkanı vizual rəssam və şair Babi Bədəlovun “ZARAtustra” adlı fərdi sərgisini təqdim edir. Azərbaycanda doğulmuş və 2008-ci ildən Fransada yaşayan sənətkarın yaradıcılığı, dilin mürəkkəbliyi və məhdudiyyətlərini, habelə gender və seksuallığın ifadəsi ilə bağlı problemləri araşdırır. YARAT Mərkəzində rəssam özünün bütün mövcud olan və məhz bu sərgi üçün yenicə yaratmış parça əsərlərindən ibarət möhtəşəm instalyasiyasını təqdim edir. Ekspozisiya Azərbaycanın mədəni irsin inkişaf edən kapitalizm quruluşunun müasir ab-havası arasında ziddiyyətlərinə dair baxışları təklif edir. 


VİRTUAL TUR

Ömrünün uzun hissəsini müxtəlif ölkələr və mədəniyyətlərdə keçirən Babi Bədəlov öz yaradıcılığında, xüsusi olaraq gender və seksuallıq problemlərinə rəğmən, öz şəxsi izolyasiya təcrübəsinə əsaslanır və eyni zamanda daha geniş geosiyasi problemləri vurğulayır.

Avtomatik yazı üsulundan istifadə etməklə, sənətkar mətn üzərində qurulan əhəmiyyətli və orqanik vəhdət yaradan əsərlərində, onların fərqli vizual poeziyasını qurmaq, müdrik detallarla zəngin şüarlar və sosial-siyasi mənalarla yüklənmiş söz oyunlarını formalaşdırmaq məqsədilə, çoxsaylı dillərdən istifadə edir. Sərginin adı, “ZARAtustra”, özlüyündə, müasir sürətli modanın sinonimi sayılan, dünya səviyyəli məşhur ticarət nişanı “ZARA”, habelə müasir Azərbaycanın tarixinə və mədəniyyətinə hələ də əhəmiyyətli dərəcədə təsir göstərən, zərdüştlük dininin banisi, qədim İran peyğəmbəri Zərdüştün (həmçinin “Zaratuştra” kimi də istinad edilir) adı ilə oxşarlıq təşkil edən söz düzəltməsidir. Beləliklə, əsərin həm adı, həm də özü müasir və ənənəvi strukturlar arasında “oynayır”, dil və digər məsələləri araşdırır. 

Rəssam tez-tez öz yaradıcılığında media qismində parçalardan istifadə edir və YARAT Mərkəzində quraşdırılmış instalyasiya, qalereyanın tavanından cərgələrlə asılmış, təxminən 250 ədəd parçadan ibarətdir. İnstalyasiyada köhnə mələfələr, pərdə hissələri və ordan-burdan tapılmış materiallardan istifadə edilib və hər bir parçada, sənətkarın poetik yazıları əks olunub. Sənaye zavodunun istehsal xəttində iş prosesini xatırladan bu immersiv instalyasiya, tamaşaçının diqqətini sürətli modanın və kütləvi istehsalın müasir mənzərəsinə yönəldir və eyni zamanda, bizim nisbətən daha ənənəvi və tarixi kökləri olan obrazları ilə əlaqəli məsələləri ön plana çəkir. 

İnstalyasiyanın divarüstü komponentləri tekstil əsərlərdən kənaraçıxma sayılsa da, buna baxmayaraq, onlar da hekayə formasına malikdir və insanları, habelə onların yaşayış mühitini əks etdirir. Qalereyanın divarları boyunca əllə yazılmış şüar və yazılardan ibarət olan bu komponentlər, eyni zamanda geosiyasi sərhədlərin fiziki təsviri, eləcə də dilin özünün sərhədlərinin metaforası kimi görünür. Bu əsər, rəssamın bu yaxınlarda beynəlxalq səviyyədə bir sıra sərgilər üçün ərsəyə gətirdiyi silsilə əsərlərin ən sonuncusudur.


Sərginin kuratorları Suad Qarayeva-Maleki və Anna Fexdir.  


Babi Bədəlov (d.1959, Lerik, Azərbaycan) Parisdə yaşayır və fəaliyyət göstərir. Rəssamın əsərləri bir çox beynəlxalq muzey və qalereyalarda keçirilən sərgilərdə nümayiş etdirilib, o cümlədən: Quand la Litterature Sort du Livre, Festival Extra, Pompidu Mərkəzi, Paris (2018); Je Suis Mazimir Kalevich, Novıy Muzey, Sankt-Peterburq (2018); Refugee Politic Refugee Poetic, İmmiqrasiya Muzeyi, Paris (2017); Partisanism, Tensta Konsthall, Stokholm (2016); For the Wall For the World, Palais de Tokyo, Paris (2016); FUCK GOLF, Kunstraum, Munich (2015) və MIGRANT POETRY, La Station Müasir İncəsənət Mərkəzi, Nitsa (2015). Babi Bədəlov həmçinin dünyanın bir sıra ölkələrində keçirilən biennale və art festivallarında da iştirak edib: 5-ci Ren Biennalesi (2016), 11-ci Kvanju Biennalesi (2016), 6-cı Moskva Biennalesi (2015), 15-ci Cakarta Biennalesi (2013) və “Manifesta 8” (2010).


Redaktorlar üçün qeyd:

Sərgi: Babi Bədəlov, ZARAtustra 

Məkan: YARAT Mərkəzi (Dövlət Bayrağı Meydanı), Bayıl, AZ1003

Tarix: 2 mart – 16 iyun 2019-cu il 

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00

Giriş sərbəstdir


Media və təsvirlər üçün əlaqə: 

Hökümə Kərimova

Telefon: +99 450 274 67 44

E-mail: hokuma.k@yarat.az

Yüklənir