Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM ELTURAN MƏMMƏDOV MÜVAFİQ TƏDBİRLƏR FƏRDİ SƏRGİSİ

28 Fev - 02 Okt 20

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında Elturan Məmmədovun “Müvafiq tədbirlər” adlı fərdi sərgisini təqdim edir.


“Müvafiq tədbirlər” sərgisi multidistiplinar rəssam Elturan Məmmədovun ilk fərdi sərgisidir. Müvafiq tədbirlər Elturanın insanları dialoqa və ya heç olmasa reaksiyaya dəvət edən bir “provokasiyadır”. Sərginin adı kütləvi informasiya vasitələrinin şablon xarakterli mətnlərindən ilhamlanıb. Xüsusi olaraq bu sərgi üçün hazırlanan əsərlərin konsepsiyasının əsas inkişafı iki istiqamətdə aparılaraq, yerli media və Azərbaycanda erkən nikah problemlərinə həsr olunub.


Rəssamın toxunduğu yerli telekanallar mövzusu, əslində, daha geniş diapazonu əhatə edərək, şahidi olduğumuz dövrün dəyərləri, reallıqları/illüziyaları, arzuları və absurdlarından bəhs edir. Ekspansiyasız mövcud ola bilməyən kapitalizm quruluşunun insan kütlələri simasında böyük istehlakçı bazarı vardır. İstehsal strukturunun ayrılmaz hissəsi olan televiziya/media, istehlak prosesini istənilən halda, pozitiv və anlaşılmasında heç bir çətinlik olmayan “virtual” məhsul şəklində təqdim etmək məcburiyyətindədir. Bu fikirlərdən irəli gələrək, Elturan, istehlak prosesini əksər televiziya kanallarında yayımlanan əsas verilişlər – xəbərlər, idman, hava proqnozu, teleserial – vasitəsilə açıqlayaraq, kitç mədəniyyətinin törəməsi olan strukturu kəskin tənqid edir. İdeyanın açıqlanmasında lokal identiklik meyarını əsas alət kimi tutaraq, rəssam təqdim olunan teleproqramlara fərqli bucaq altında baxış təklif edir. Bununla o, istehlakçı cəmiyyətdə formalaşmış hedonistik həyat tərzinə incə işarə edir. 

Azərbaycanda erkən nikah hallarına münasibət bildirən Elturan, bu problemin işıqlandırılmasını sadə və başadüşülən (yerli medialar nümunəsi kimi), lakin düşündürücü yolla edir. Qurulan sadəliyin arxasında isə rəssama xas olan qrotesk və tənqidi yanaşma durur. Erkən nikah məsələsini sadəlövh uşaqlıq trilogiyası şəklində rəvayət edən rəssam, ardıcıl etaplarla problemin kulminasiyasını açıqlayır. Rəssamın ictimaiyyətə çıxartdığı seçilmiş real intihar hekayələrinin rəsmi statistikası problemin miqyasının və bütün dəhşətlərinin danılmaz sübutudur.


Elturan Məmmədov (d. 1990, Oğuz) müasir Azərbaycan rəssamları nəslinin nümayəndəsidir. Onun incəsənət fəaliyyəti fotoqrafiya ilə başlayıb. Video, instalyasiya, səs sahələrində özünü sınayan rəssamın təcrübəsi araşdırma və müşahidələrlə bağlıdır. Elturanın toxunduğu mövzular birbaşa olaraq lokal mentallığa bağlıdır və düşündürücü sosial mesajlar səsləndirir. O, cəmiyyət absurdlarından zövq alaraq, zövqsüzlüyü göstərir.

Elturan Məmmədov VI Moskva Gənc İncəsənət Biennalesi (2014), Konfet dağlar və neftli sahillər (Perm, 2015), Müqavimət haqqında 300 söz (Bakı, 2016), Nə hərb, nə sülh (Bakı, 2017), Tbilisi Foto Festival (2019) və s. yerli və xarici qrup sərgilərin iştirakçısıdır.


Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Araşdırma: Zəhra Məmmədova, Kənan Hücətzadə.


Açılış: 28 fevral, 2020

Saat: 19:00


Sərginin müddəti: 28 fevral – 2 oktyabr, 2020

Məkan: ARTIM Layihə Məkanı

Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5

Giriş sərbəstdir

Yüklənir