Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM FLUX: YÜYÜRMƏ! GÖRDÜYÜN YALNIZ SƏRABDIR... QRUP SƏRGİSİ

30 Apr - 20 Avq 21

YARAT Müasir İncəsənət Məkanı, böyük məmnuniyyətlə ARTIM Flux layihəsi çərçivəsində “Yüyürmə! Gördüyün yalnız sərabdır...” adlı ikinci qrup sərgisini elan edir.  Sərgidə Aqil Abdullayev, Nərgiz Əsgərova, Katerina Bortsova, Ruslan Quliyev, Adam Pançuk, Lena Skripkina, Yelizaveta Zaliyevanın əsərləri təqdim edilir.


“Yüyürmə! Gördüyün yalnız sərabdır...” çətin dərk olunan reallıqla bağlı müxtəlif yanaşmaları tədqiq edən rəssamlar qrupunun əsərlərini bir araya gətirir.


Sərginin əsas istinadı qədim yunan filosofu Platonun Dövlət əsərində istifadə etdiyi Mağara alleqoriyası ilə bağlıdır. Burada bir qrup insan mağaranın divarına zəncirlənib və yalnız öz arxalarında olan alovun qarşısından keçən obyektlərin kölgələrini görə bilirlər. Kölgə məhbusları üçün yeganə reallıq variantı bu olmaqla yanaşı, kölgələr dəqiq və həqiqi gerçəkliyi təmsil edir. Bu hekayənin simvolizmində olduğu kimi, insanlar yalnız qavrayış yolunun “tələsinə düşüblər”. Onlar səthi həqiqətin ilğımlarını görür və kölgələri öz reallıqları kimi qəbul edirlər. Kollektiv sərgi bu həqiqəti daha dərindən görmək üçün belə bir sual ortaya qoyur: Görəsən, gördüyümüz reallıq, kölgələr kimi duyula bilməyən və qaranlıqdır, yoxsa, onun digər tərəfi də var?


Qrup sərgisi, rəssamların müxtəlif yanaşmaları, hekayələri və düşüncələrinin prizmasından reallığın qeyri-sabit mahiyyətinin həm fərdi, həm də kollektiv surətdə qavranılmasını araşdırır. Onlar yaxın dövrdə baş verən dəyişiklikləri həm qlobal, həm də lokal səviyyədə, kollektiv “çaşqınlıq dilemmasının” səbəbi kimi nəzərdən keçirir.


Sərgi məkanı xəyalpərvərlik və fantaziya durumunu təmsil edir ki, bu da reallığın özü kimi qavranılmaz olmaqla bərabər, gerçəklik və illüziya arasındakı sərhədin silindiyi bir məkanın yaradılmasına yönəlib. Görəsən biz illüziya və gerçəklik, aşkar və görünməyən arasında bu bulanıq sərhədi başa düşürük və onu dərk etmək əzmindəyik? Bəlkə insanın qavrayışı pis yuxunun kölgəsi və ya metaforasıdır? Görəsən bu reallığın kölgələrində işıq mənbəyi haradadır?


Sanki bu müqayisə kimi, rəssamlar yuxular, yaddaş və illüziya, kölgə və işıq, həqiqət və onun qavrayışı, qorxu və ümid, aşkar və gizli, dövrlər və hərəkətlər, unudulmuş hekayələr və səthilik kimi mövzuları işıqlandırmağa və onları sual altına qoymağa çalışırlar.


Yüyürmə! Gördüyün yalnız sərabdır... sərgisi öz adını Nizami Gəncəvinin şeirindən götürüb və üfüqdə bərqvurmanı xatırladan, öz obrazını sürətlə dəyişən, həm dənizdə, həm də quruda görünən, adətən dənizçilərin gözünə möcüzəli qəsr kimi peyda olan Fata Morqana fenomenindən ilhamlanıb.


Aqil Abdullayevin Müttəfiqlər göy qurşağı sancağı taxırlar adlı iki hissədən ibarət qısametrajlı filmi, postdiskriminativ bir gələcəyə inkişafın və sosial məsuliyyətin bir hissəsi kimi kuir müttəfiqliyini analiz edir. Film, dörd dostun dialoqlarında, sinfi imtiyaz əsaslı yerli postfuturizm ilə əlaqələndirilir və yenidən mənalandırılmağa çalışır. Filmdə personajların müşayiət etdiyi  poetik dilin təqdimatı ilə iki dialoq yer alır: bu dialoqlar, birinci hissədə imtiyaz konsepsiyasını vurğulayır, ikinci hissə də isə diqqəti diskriminasiyaya yönəldərək, müttəfiq formasında balans tapmağa, eləcə də yerli cəmiyyətin sosial və mədəni kodlarına istinad etməyə çalışır.


Geya əsərində Nərgiz Əsgərovanın nanoart nümunələri, gündəlik qarşılaşdığımız, lakin, sürətlə dəyişən, qloballaşan dünyamızda nəzərdən qaçırdığımız təbiət obyektlərinin xırda detallarını böyüdür. Rəssam bizi bir daha ətraf aləmə nəzər salmağa və onun səthi üzərindən görünməyən, möcüzəli nanodünyanı görməyə dəvət edir.


Özüyeriyən termini obyektin ona xas olan ziddiyyətlər, amillər və şəraitlərin təsiri altında dəyişməsini nəzərdə tutur. Eyniadlı əsərdə Katerina Bortsova dəyişkənliklər və transformasiyalar anlayışını araşdırır. Onun əsərində olan xəritə dövri transformasiyalar vasitəsilə keçmiş və indiki zaman arasında fasiləsiz əlaqəni təsvir edir.


Ruslan Quliyevin Adsız heykəl silsiləsi F.M.Dostoyevskinin Bəyaz gecələr əsərindən ilhamlanıb. Bu silsilə həyatın mənasını axtarmaqla, deyilməyən, görünməyən və hətta düşünülməyən, bununla da, xəyali dünya haqqında gizli arzulardan bəhs edir.


Adam Pançukun Parlaq gecə adlı fotolayihəsi rəssamın keçmiş Sovet İttifaqı ölkələri boyunca səyahətini və xalqların ən gizli yuxularını əks etdirir. Bu səyahətdə, biz  insanlara gecə vaxtı gələn yuxuları eşidirik. Bu ideya, isveçrəli psixiatr Karl Qustav Yunqun təcrübəsindən ilhamlanıb. Belə ki, 2-ci Dünya Müharibəsi başlamazdan bir neçə il əvvəl, onun pasiyentləri, ona öz qorxulu yuxularını danışır, bu təkrarlanan yuxular vasitəsilə dəhşətli hadisələri təsvir edir və onları bir daha yaşayırdılar. Rəssam keçmiş Sovet ölkələrinin sakinlərinin şüuraltısında gizlənmiş simvollar ilə maraqlanır. Bu hekayə, “şüuraltı süzgəcdən” keçmiş qorxular, ümidlər, gözləntilər və reallıqlardan bəhs edir.


Lena Skripkinanın Platonun mağarası video-meppinqi, bilavasitə Platonun mağara alleqoriyasına istinad edir. İnstalyasiya mağaraya qərq olma mifoloji sxemini təmsil edən üç dünyanı əks etdirir və obyekt, illüziya portreti və yaddaş ilə toqquşma vasitəsilə həqiqi reallığı dərk etmə imkanını yaradır. Lena Skripkinanın digər əsəri Əsrarəngiz meşə adlı videoinstalyasiyası, K.Q. Yunqun nəzəriyyəsini və orta əsrlər ədəbiyyatının motivlərinə əsasən Müqəddəs Qraalı axtaran kral Arturun cəngavərləri haqqında əfsanəni işıqlandırır və onların arasında paralellər yaradır. Rəvayətə görə, Müqəddəs Qraal, öz formasını dəyişən, xoşbəxtlik və əbədiyyət bəxş edən müqəddəs obyektdir. Bu əsərdə qaranlıq meşə, ruhun qaranlıq tərəfinin metaforası kimi çıxış edir və istənilən sakral simvolun çox qaranlıq, dərin və qorxulu kölgə məkanında gizlənməsi haqqında ideyanı vurğulayır.


Yelizaveta Zaliyevanın Yol/Lacivərd əsəri dualizm haqqında instalyasiyadır. İkili vizual obrazlar vasitəsilə rəssam həyatın incəliyini və təməl prinsiplərinin axtarışını, istiqamətlərin illüziyası, müdafiə və oyunun vacibliyini təqdim edir. 


ARTIM Flux haqqında
ARTIM Flux – yaradıcı şəxslərin spesifik layihələrinin həyata keçirilməsində dəstək göstərən platformadır; bu layihələr dəyişiklik və transformasiya məqamlarını araşdırmaqla, statik sərgi konsepsiyasını sual altına qoyan iştirakçı və əməkdaşlıq yanaşmasını təmin edir. Başlıca məqsəd – eksperimentlərin aparılması prosesinin sərgi atmosferi ilə birgə, yaradıcılıq vasitəsilə artan və inkişaf edən canlı orqanizm kimi təqdim edilməsidir.


Açılış: 30 aprel, 2021
Ünvan:
İçərişəhər, Kiçik Qala küç., 5 
Giriş sərbəstdir


Sərgi tarixləri: 30 aprel – 20 avqust, 2021
İş saatlar: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Ətraflı məlumat: www.yarat.az; +99412125052424

Yüklənir