May 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: MULTİPERSPEKTİVDƏ QRUP SƏRGİSİ

01 Dek - 30 Apr 23

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə 17 rəssamın – Setenay Alpsoy, Selçuk Artut, Vahap Avşar, Osman Bozkurt, İpek Duben, Işıl Eğrikavuk və Jozef E. Amado, Nezaket Ekici, Cevdet Erek, Ahmet Rüstem Ekici və Hakan Sorar, Özlem Günyol və Mustafa Kunt, Hakan Gürsoytrak, Ali Kazma, Serhat Kiraz və Seyhun Topuz – yeni yaradılmış, həmçinin ən son illərin əsərlərindən ibarət “Multiperspektivdə” adlı yeni qrup sərgisini elan edir.


VİRTUAL TUR


“Sosioloqlar gözlərini yerdən qaldırmalıdırlar.” Martin Parker


Bu gün sürətli urbanizasiyanı yaşayan dünyaya vertikal baxmaq nə məna kəsb edir? Yerin vertikal quruluşunu necə anlamaq olar? Son zamanlara qədər bizim dünyəvi biliklərimizdə üfüqi perspektiv üstünlük təşkil edirdi, ona görə də coğrafiya düz səthi xəritələrdə göstərilirdi. Geosiyasət anlayışı xəritələr və qlobuslar üzərində təşkil edilmiş ənənəvi milli dövlətlərə aiddir.

Müasir milli dövlətləri, coğrafi və geosiyasi elmləri formalaşdırmaq üçün xətti perspektiv zəruri idi. Coğrafiya və geosiyasət dövlətlərin üfüqi dünyagörüşündə regional güc və ərazi uğrunda necə mübarizə apardıqlarını izah edirdi. Belə bir perspektiv dünyanın üçölçülü quruluşunu nəzərə almır. İncəsənət, memarlıq və geologiyada bununla bağlı müzakirələr aparılsa da, gündəmdə hələ də xətti perspektiv mövzusu üstünlük təşkil edir.

İngilis coğrafiyaşünası Dorin Massi 1994-cü ildə yazırdı ki, “xəritədə sərhədlər yerləri müəyyən etmir”. Əslində, onlar “sosial münasibətlərdə və şəbəkələrin anlamasında ifadə olunan məqamlardır”. Çağımızda bu münasibətlərin əksəriyyəti kiçik yerlərdən keçir. “Multiperspektivdə” isə onların dünya miqyasında bir-biri ilə qarşılıqlı və vertikal şəkildə təşkil olunmuş əlaqələrinə əla nümunədir. Sərgi insan təcrübəsi ilə sıx şəkildə üst-üstə düşən material və coğrafi baxımından multiperspektiv formaları araşdırır. Vertikal və digər məkan metaforaları ünsiyyəti yenidən qurub yaratmaq üçün işləyir; vertikal birbaşa sosial həyatın fiziki təcrübəsindən irəli gəlir və insanların sosial və siyasi dünyanı necə qavramasına və formalaşmasına fəal təsir göstərir.

Konseptual olaraq, sərgi sürətlə urbanizasiyalaşan dünyamızın siyasi, sosial və şəhər mübarizəsini belə çoxölçülü və tənqidi perspektivdən təqdim edir. Sərgi bütün hadisə, mühit və dünyaları təsvir etmək, təcrübədən keçirmək və təhlil etmək, habelə bunun necə baş verdiyini problem kimi vurğulamaq üçün vertikal metaforalardan istifadə edir. Biz buna nail olduqda, bu, şəhərə, siyasətə, həyata və coğrafiyaya tənqidi, vertikal və həqiqətən də hərtərəfli baxışlarımızı inkişaf etdirərək “dünyanı yenidən görməyə” imkan verəcək.


Bu müxtəlif aspektlər və onlar arasındakı təzadlar, daha sonra film nümayişi, panel müzakirələri və mühazirələrdən ibarət geniş ictimai proqramda müzakirə olunacaq.


Sərginin kuratoru Fırat Arapoğludur.


Sərginin tarixləri: 1 dekabr, 2022 – 30 aprel, 2023

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12:00 – 20:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Giriş COVID pasportu ilədir


Kurator haqqında

Fırat Arapoğlu (d.1980) incəsənət tarixi üzrə fəlsəfə doktoru, sənətşünas və müstəqil kuratordur. Altınbaş Universitetinin iqtisadiyyat, inzibati və sosial elmlər fakültəsinin sosial elmlər şöbəsində dosent vəzifəsində çalışır. O, Türkiyədə və xaricdə çoxsaylı sərgilərin kuratoru olub: “Unudulmaz gələcək”, Krassimir Terzievin fərdi sərgisi (2019, Versus Art Projects, İstanbul), “Beşinci müqavilə”, Esra Satiroğlunun fərdi sərgisi (2019, Summart, İstanbul), “Simbart One-Day” fərdi sərgi proqramları və s. O, 3-cü Beynəlxalq Çanaqqala Biennalesi, həmçinin 3-cü və 4-cü Beynəlxalq Mardin Biennalelərinin kuratoru olub. “Sanat dünyamız”, “Genç sanat”, “Art-İst Modern & Actual”, “ICE”, “ARTAM”, “Art Unlimited”, “Critical Culture”, “RH+”, “İstanbul Art News” və “Flash Art” kimi milli və xarici incəsənət jurnallarında məqalələri dərc olunub. O, həmçinin “Birgün”, “Cümhuriyyət” və “SOL” kimi milli qəzetlər üçün məqalələr yazıb. Fırat Arapoğlu incəsənət və incəsənət təhsili ilə bağlı milli və xarici beynəlxalq simpozium materiallarının müəllifidir, həmçinin İstanbul Müasir İncəsənət Muzeyi, Moda Sahnesi, Narmanlı Sanat, İstanbul Bilgi Universiteti və s. mühazirələrlə çıxış etmişdir. O, 2018-2020-ci illərdə AICA-Türkiyə təşkilatının (Beynəlxalq İncəsənət Tənqidçiləri Assosiasiyası-Türkiyə) prezidenti kimi fəaliyyət göstərmişdir.


Setenay Alpsoy (d. 1983) 2005-ci ildə Memar Sinan İncəsənət Universitetinin rəssamlıq fakültəsində Neşe Ertokun emalatxanasını bitirib, 2009-cu ildə isə eyni universitetin sosial elmlər üzrə magistr dərəcəsini alıb. Rəssamın IETT BLOCKS I və IETT BLOCKS II adlı əsərləri 2019-cu ildə One Thousand Museum-in daimi kolleksiyasına daxil edilib və 2020-ci ildə isə Trinity Buoy Wharf Drawing Award sərgisində nümayiş etdirilib. Setenay Alpsoyun “Gayrettepe - son dayanacaq” əsəri, altı ay ərzində Böyük Britaniyanın müxtəlif şəhərlərində nümayiş olunub. Rəssam 2021-ci ildə Sustainable Arts Foundation-un finalçılar siyahısına daxil edilib. Rəssamın yeddi fərdi sərgisi təşkil olunub: “Şəffaf şəhərdə üzən” (2020), “Səfər” (2018), “Tekstura” (2016), “Kamil olmayan gözəllik” (2014), “Görünməz şəhər” (2012), “Dənizin ayırdığı şəhər” (2010) və “Setenay Alpsoyun əsərlərinin sərgisi” (2008). Həmçinin o, bir çox qrup sərgilərində iştirak edib. Hal-hazırda Setenay Alpsoy İstanbulda yaşayıb fəaliyyət göstərir. 2008-ci ildən etibarən Evin Art Gallery ilə əməkdaşlıq edir.


Selçuk Artut (d. 1976) insanla texnologiya arasında qarşılıqlı münasibətin nəzəri və təcrübi tərəflərini öyrənir və öz yaradıcılığını onun üzərində qurur. Rəssamın əsərləri “Surveillance” (İstanbul, 2021), Dystopie Sound Art Festival (Berlin, 2018), Moving Image NY (Nyu-York, 2015), Art13 London (2013), ICA London (2012), Art Hong Kong (2011), İstanbul Biennalesi (2007) kimi tədbirlərdə nümayiş olunmuş, həmçinin Artsy, Creative Applications, CoDesign, Visual Complexity və CNN GO-da işıqlandırılmışdır. Rəssam European Graduate School-da (İsveçrə) KİV və kommunikasiyalar üzrə fəlsəfə doktoru dərəcəsi alıb. O, altı kitabın müəllifi, bir kitabın redaktorudur, həmçinin Sabançı İstanbul Universitetində (Təsviri sənət kommunikasiyaları proqramı) dosent vəzifəsində çalışır, əsasən “Səs və məlumat mübadiləsi” kursunda dərs deyir. 1998-ci ildən “Replikas” adlı postrok qrupunun üzvüdür. Qrup bir neçə musiqi albomu buraxıb. 2016-cı ildə Artut, yaradıcı kodlaşdırma və canlı kodlaşdırma texnikaları vasitələri ilə əsərlər yaradan “RAW” adlı audiovizual performans duetini təsis etdi.


Vahap Avşar (d. 1965, Malatya, Türkiyə) Dokuz Eylül Universitetin incəsənət fakültəsini (1985-1989) bitirib, daha sonra Bilkent Universitetinin incəsənət fakültəsində (1989-1995, magistr) təhsil almışdır, həmçinin orada fəlsəfə doktoru dərəcəsi almaq üçün elmi iş üzərində çalışıb. Rəssamın fərdi sərgiləri: “İtmiş kölgələr”, SALT Beyoğlu, İstanbul (2015); “Qara albom”, Rampa, İstanbul (2013); “iBerlin”, TANAS, Berlin (2012); “Noneisafe”, Charles Bank Gallery, Nyu-York (2011), “Vahap Avşar”, Rampa, İstanbul (2010); “Come Who Ever You Are”, W139, Amsterdam (1993); “Miflər”, Galeri Zon, Ankara (1991). O, həmçinin “İstanbul: Ehtiras, Sevinc, Qəzəb”, MAXXI, Roma; “Çox tez, çox gec: Yaxın Şərq və müasirlik”, Pinacoteca Nazionale, Bolonya (2015); “Artists’ Film International”, Istanbul Modern, İstanbul və Whitechapel Gallery, London (2015); “Zwölf im Zwölften”, TANAS, Berlin (2011); “İkinci sərgi”, ARTER, İstanbul (2010) və s. kimi qrup sərgilərində iştirak edib. Avşar hal hazırda Nyu-York və İstanbul şəhərlərində fəaliyyət göstərir.


Osman Bozkurt (d. 1970, İstanbul) yaradıcılığında vətəndaş yaddaşı həkk etmək üçün, şəhər yaşayış yerlərində həyatın şüuraltı mürəkkəbliklərinə və unudulmuş paradokslarına şahid olmaq üçün foto və videodan istifadə edir. Onun gündəlik həyatdan götürülmüş səhnələri, fərdi və ictimai arasındakı təzadlı sahələri təsvir edərək bayağı, siyasi müqavimətlə yüklənmiş portretlərdən ibarətdir. Rəssamın foto və videoəsərləri bir sıra sərgilərdə nümayiş olunub: ZKM/Karlsrue, Almaniya (2013); Kunsthaus Zürich/İsveçrə (2015); PRATT MANHATTAN GALLERY, Nyu-York, ABŞ (2015); MAXXI, Roma, İtaliya (2015); TALLINN ART HALL, Tallin, Estoniya (2017); SCHIRN KUNSTHALLE, Frankfurt, Almaniya (2018) və s.

Onun əsərləri, “Nafas Art Magazine”, “Camera Austria”, “The Independent” və “IMAGES / Le Magazine de la Photographie” kimi bir çox məcmuələrdə dərc olunub. Bozkurt 2006-cı ildən etibarən çoxprofilli layihə məkanı olan “PiST” müstəqil qeyri-kommersiya təşkilatı həmtəsisçisi və həmdirektorudur. 


İpek Duben (d. 1941, İstanbul) Mimar Sinan İncəsənət Universiteti (sənətşünaslıq doktoru dərəcəsi) və Nyu-York Rəsm, İncəsənət və Heykəltəraşlıq məktəbində təhsil alıb. Rəssamın yaradıcılığı eynilik, miqrasiya və mədəniyyət problemlərinə həsr edilmiş rəsm əsərləri, kitablar, video və multimedia instalyasiyalarından ibarətdir. Rəssamın çoxsaylı fərdi və qrup sərgilərində əsərləri nümayiş olunub: “Dəri, bədən və mən, İpek Duben retrospektivdə”, SALT Beyoglu, İstanbul, 2022; “Mələklər və klounlar”, PiArtworks, İstanbul, 2020; “Qeyri-müəyyən yolda”, PiArtworks, London, 2018; “ONLAR/THEY”, çoxekranlı videoinstalyasiya, UK Premier, Fabrica, Brayton 2017, SALT Galata, İstanbul, 2015; “Günahkardır, günahkardır, günahkardır”, Kunstraum Keuzberg/Bethanien, Berlin, 2022; “Təbiət və dövlət”, Kunsthalle, Baden-Baden, 2022; “SOSİAL İŞLƏR”, (1980-ci illərdə beynəlxalq səviyyəli səkkiz qadın rəssam-novator), Friz Müasir İncəsənət Yarmarkası, London, 2018; Brayton Festivalı, Böyük Britaniya, 2017; Mardin Biennalesi, Türkiyə, 2018 və s. Onun əsərləri İstanbul Modern; Britaniya Muzeyi; Arter Museum, İstanbul; Bibliotheca Alexandrina, Misir; Museum voor Volkenkunde, Rotterdam; Vyana Muzeyi (“Karamustafa Export Import” layihəsi); Székesfehérar, Macarıstan; Center for Book Arts, Nyu-York və Zorlu Fondunun kolleksiyalarında, həmçinin ABŞ, Türkiyə, Yaponiya, Fransa və Böyük Britaniyanın şəxsi kolleksiyalarında saxlanılır.


Işıl Eğrikavuk (d. 1980) Almaniyada yaşayan türk rəssamı və performans araşdırmaçısıdır. O, incəsənət üzrə magistr dərəcəsini Çikaqo Universitetinin məktəbində, fəlsəfə doktoru dərəcəsini isə Bilgi Universitetində (İstanbul) almışdır. Əsərlərində hekayəçilik, jurnalistika və dialoq təcrübəsindən istifadə edir, həmçinin etiraz, feminizm, mənsubiyyət siyasəti, təbiət və universal qarşılıqlı əlaqələr kimi vacib mövzuları araşdırır. Onun yaradıcılığı müvəqqəti və daimi instalyasiyaların, interaktiv tədbirlər və performansların, foto və videosənədləşdirmə, həmçinin mətn formasında əsərlərin hazırlanmasında təzahür edir. Onun yaxın keçmişdə iştirak etdiyi sərgi və tədbirlərdən La Casa Encencida, Madrid, Çikaqo Müasir Fotoqrafiya Muzeyi (2022); Arnis Residency, Almaniya (2021); Çikaqo Memarlıq Biennalesi (2021); Die Büehne, Berlin (2019); Art Souterrain, Monreal (2019); “Plutonun mətbəxi”, Block Universe, London (2017) və s. göstərmək olar. 2017-ci ildən Berlin İncəsənət Universitetinin KİV və kommunikasiya kafedrasında müəllim kimi çalışır.


Nezaket Ekici (d.1970, Kırşehir, Türkiyə) Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltəraşlıq üzrə incəsənət təhsilini almışdır (2000, Münhen). Nezaket Ekici 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsərini təqdim etmişdir. Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici, öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Rəssam, hekayə aləti qismində öz bədənindən kimi istifadə edir. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır. Onun yaxın keçmişdə baş tutmuş fərdi sərgiləri arasında “Panta Rhei”, Bröhan Muzeyində performans, Berlin (2021); “TBQ”, Gürcüstan Milli Muzeyi, Tbilisi (Şahar Markusla birgə) (2021); “Beschriebenes Blatt”, Kunstverein Gießen (2020); “Bal layihəsi”, (Şahar Markusla birgə), Baustellenfest, “Haus am Waldsee”, Skulpturenpark, Berlin (2018); “Einwand”, KAS Stiftung, Berlin (2017) var.


Cevdet Erek (d.1974, İstanbul) 1992-1999-cu illərdə İstanbulda Memar Sinan İncəsənət Universitetində memarlıq təhsili alıb. Memar kimi fəaliyyət göstərən və “Nekropsi” rok qrupu ilə çıxış edən Erek 2003-cü ildə İstanbul Texniki Universitetinin Musiqi üzrə Tərəqqi Araşdırmalar Mərkəzində (MİAM) səs mühəndisliyi və dizayn üzrə magistr dərəcəsi alıb, eyni zamanda fəlsəfə doktorudur. Onun bədii təcrübəsi səs, memarlıq, ritm, zaman ölçüləri, rəqs musiqisi və məkanın xüsusiyyətləri mövzularına əsaslanır. Video, səs və şəkilləri birləşdirərək, o, tez-tez tamaşaçının müəyyən bir mühiti qavrayışına və onu hiss etməsinə təsir etməyə çalışır. Cevdet Erekin yaxın keçmişə aid şəxsi sərgi və tədbirləri arasında Arter, İstanbul (2020); Hamburger Bahnhof, Berlin; Çikaqo İncəsənət İnstitutu (2019); M KHA, Antverpen (2018); 57-ci Venesiya Biennalesində Türkiyə pavilyonu (2017); MUAC, Meksika (2017) və s. O, həmçinin bir neçə qrup sərgilərinə iştirak edib: SF MOMA, San-Fransisko; Schirn Kunsthalle, Frankfurt (2019); Şanxay Biennalesi (2018); 20-ci Sidney Biennalesi (2016); Stedelijk Museum, Amsterdam (2014); MAXXI, Roma; Istanbul Modern, İstanbul; 5-ci Mərakeş Biennalesi; Palais de Tokyo, Paris (2014), MAK, Vyana; 11-ci Şarja Biennalesi (2013) və s. Rijksakademie-də art rezidenturada olduğu müddətdə Cevdet Erek “Studio” videoəsərinə (2005) görə Uriot Prize mükafatına və 2012-ci ildə isə Nam June Paik Prize mükafatına layiq görülüb.


Ahmet Rüstem Ekici (d. 1983, Adana) 2008-ci ildə Bilkent Universiteti incəsənət fakültəsinin interyer memarlığı və ətraf mühit dizaynı ixtisası üzrə bitir. On il televiziya, studiya və səhnə dizaynı sahəsində bədii rəhbər vəzifəsində çalışıb. O, lokal obyektlərdən istifadə etməklə 3D rəsmlər və instalyasiyalar yaradır, həmçinin insan bədəni və onun cins, mənsubiyyət və varlığı kimi anlayışlar ətrafında formalaşan sosial kodları üzərində əsərlər yaratmaq üçün fotoqrafiya, rəqəmsal rəsm, rəqəmsal kollaj, keramika və hazır obyektlərdən istifadə edir. O, müxtəlif sərgilərdə iştirak etmişdir, o cümlədən: Bald but Hairy Queer Art Festival, Ada Sanat (2020); CADAF Digital Art Fair (2020); Thessaloniki Queer Arts Festival (2020); “Hamam”, fərdi sərgisi, Galeri Bu Pavillion, İstanbul (2019); “Digigether”, UNHCR, Uniq Gallery, İstanbul (2019); “Başka Dünya” qrup sərgisi, Mine Art Gallery (2018); “Hafıza Kürü”, Antonina Art Gallery (2018); “Hayat”, Art50net & Down Syndrome Turkish Association (2017); “Bir arada”, Uniq Galery, seminar və sərgisi (2016).


Hakan Sorar (d. 1991, İstanbul) mühəndis-mexanik təhsili alıb və daha sonra müxtəlif emalatxanalarda fotoqrafiya və müxtəlif incəsənət təcrübələri üzrə dərslər alaraq incəsənətə sahəsinə gəlib. O, bir müddət onlayn və çap nəşrlərində fotoqraf kimi işləyib. Təbiət elmləri fakültəsində magistratura təhsilini başa vuran Sorar aspirantura təhsilini Beykoz Universitetinin incəsənət dizayni fakültəsi kommunikasiya dizayni və semiotika bölməsində davam etdirib. 2020-ci ildə ilk fərdi sərgisindən sonra Sorar rəqəmsal və analoq çap üsullarını müxtəlif növlərini birləşdirərək İstanbulda işləməyə davam edir, habelə fiziki və rəqəmsal bədəni araşdıraraq fotoqrafiya və 3D dizaynı öyrənir. Onun əsərləri müxtəlif festival və sərgilərdə nümayiş olunub: Paralaks, Museum Gazhane, İstanbul, Türkiyə (2022); Lines of Site, Autonoma University of Barcelona, Barselona, İspaniya(2022); Lines of Site, Duncan of Jordanstone College of Art & Design, University of Dundee, Dandi, Şotlandiya (2022); “Sevgilərlə”, Ekav Art Gallery, İstanbul, Türkiyə (2022); “Adsız 1.0”, Frank Art Studio, İstanbul, Türkiyə (2021); “Plug-in ’20”, Contemporary İstanbul, Lütfi Kırdar Congress Center, İstanbul, Türkiyə (2021); “Onların ayaqqabısında gəz”, Love 360 Fest, 360 Beyoğlu, İstanbul, Türkiyə (2020); “Cəsarətlilər 6”, qrup sərgisi, Pinelo Art Gallery, İstanbul, Türkiyə (2020) və s.


Özlem Günyol (d. 1977, Ankara) və Mustafa Kunt (d. 1978, Ankara) 2005-ci ildən birlikdə işləyirlər. Əsərlərində fərdi və kollektiv mənsubiyyətin təmsil olunmasını, dilin mənasını, medianın ötürdüyü məlumat və simvolları, habelə onların mədəni kodlaşdırılmış anlayış nümunələri ilə əlaqəsini araşdırırlar. Özlem Günyol və Mustafa Kunt 2001-ci ildə Ankara Hacettepe Universitetini bitirdikdən sonra Almaniya köçürlər, hal-hazırda Frankfurtda yaşayır və fəaliyyət göstərirlər. Yaradıcı duetin fərdi sərgiləri: “minute by minute”, Dirimart, İstanbul (2015); Dortmunder Kunstverein (2014); “Vier”, Museum für Moderne Kunst (MMK3), Frankfurt (2008); “be-cause”, Basis e.V., Frankfurt (2007). Onlar qrup sərgilərində də iştirak ediblər: “Hüquqlar belə keçir – Hüquqların aşınması və inkarı barədə”, freiraum Q21, Museums Quartier, Vyana (2016); “New Frankfurt Internationals: Solid Signs”, Frankfurter Kunstverein, Frankfurt / NKV, Visbaden (2015); “ars viva 12/13”, Kunstmuseum Liechtenstein, Vadus (2013); “Fikirlər zənciri”, Parasol Unit, London (2012); 12-ci Beynəlxalq İstanbul Biennalesi (2011). 


Hakan Gürsoytrak (d.1963, Ankara) 1990-cı ildə Memar Sinan İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. 1993-cü ildə Böyük Britaniyanda England Reading University-nin incəsənət fakültəsində magistr dərəcəsi alıb. Gürsoytrak 1996-cı ildə Anadolu Universiteti Sosial Elmlər İnstitutunda rəssamlıq ixtisası üzrə tam kurs keçərək “Müasir incəsənətdə obrazlar” adlı dissertasiya işini müdafiə edib. Gürsoytrak “Hafriyat” qrupunun yaradıcılarındandır və hazırda Memar Sinan İncəsənət Universitetində müəllim kimi çalışır. O, bir çox sərgilərdə iştirak edib, o cümlədən: “Paslaşmalar” VII Forumu (2022); “Evin art-qalereyası 25 yaşında” (2021); “Kağızın izində” (2020); “Tüyap Artist 2019 Art Fair Selection” (2019); Artisit Art Fair (2018); “The Hoard - Hakan Gürsoytrak” (2018); ARTIST Beynəlxalq Yaradıcılıq Yarmarkası (2017); “İnsan və onun təbiəti” (2017).


Ali Kazma (d. 1971, İstanbul) İstanbul və Parisdə yaşayan “lens-based media” tərzində fəaliyyət göstərən rəssamdır. Ali Kazma bakalavr dərəcəsini Kolorado Universitetində (ABŞ), magistr dərəcəsini isə Nyu-Yorkdakı the New School Universitetində alıb. Kazmanın əsərləri müasir insan varlığının və fəaliyyətinin mənası və əhəmiyyəti ilə bağlı fundamental suallar doğurur. Onun əsərləri bir sıra bir-biri ilə əlaqəli mövzularda estetik və etik diskursu inkişaf etdirən konseptual və fiziki məkanlar yaratmağı hədəfləyir. 2013-cü ildə 55-ci Venesiya Biennalesində Türkiyəni təmsil edən rəssamın 2017-ci ildə Parisin Jeu de Paume şəhərində genişhəcmli fərdi sərgisi baş tutub. Ali Kazmanın iri fərdi sərgiləri arasında Albergo Diurno Venezia, Milan (2018); MUNTREF, Buenos-Ayres (2018); Arter, İstanbul (2015); Hirshhorn Museum, Vaşinqton (2010) və s. O, həmçinin aşağıdakı qrup sərgilərində iştirak edib: 6-cı Kuandu Biennalesi, Taybey (2018); 7-ci Moskva Müasir İncəsənət Biennalesi, Moskva (2017); MAXXI, Roma (2016); Musée d'Art Contemporaine de Lyon, Lion (2013); 30-cu San-Paulu Biennalesi (2012). Museum Kunstpalast, Düsseldorf (2010); New Museum, Nyu-York (2010). Rəssam 2001-ci ildə İncəsənətin Təşviqi üzrə UNESCO Mükafatına və 2010-cu ildə Nam June Paik Mükafatına layiq görülüb. Rəssamın əsərləri CNAP (Paris), İstanbul Modern, MEP (Paris), MONA (Tasmaniya), Sztuki Muzeyi (Lodz), Tate Modern (London), TBA21 (Vyana), Foundation Louis Vuitton Collection (Paris) və VKV Foundation Collection (İstanbul) kolleksiyalarına daxil edilib. 


Serhat Kiraz (d.1954, İstanbul) 1973-79-cu illərdə İstanbul Dövlət İncəsənət Akademiyasının rəssamlıq fakültəsini bitirib. 1996-1999-cu illərdə Mərmərə Universitetində İncəsənət sahəsində kurs keçmişdir. 1977-ci ildə Şükrü Aysan, Ahmet Öktem və Avni Yamanerlə birlikdə “Art Definition” qrupunu təsis edib. Onlar 1978-1981-ci illərdə Türkiyədə ilk dəfə olaraq konseptual sənət sərgilərini təşkil etdilər. Rəssamın, 1990-cı ildə Osaka Triennalesində “Tanrının dinləri, dəyişməyən və dəyişən iki təsvir” adlı əsəri və 1993-cü ildə 45-ci Venesiya Biennalesində “Kosmos zamanı” əsəri nümayiş olunub, həmçinin onun əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib. Yıldız Texniki Universitetinin incəsənət və dizayn fakültəsində “Qarışıq sənətlər proqramını” qurduqdan sonra 1999-2006-cı illər ərzində bu proqramı idarə edib. Serhat Kiraz İstanbulda yaşayır və şəhərin bir neçə universitetində dərs deyir.


Seyhun Topuz (d. 1942, Balıkesir) həndəsi abstrakt tərzdə işləyən heykəltəraşdır. O, hüquq fakültəsində təhsilini dayandırdıqdan sonra MSGSÜ - Dövlət İncəsənət Akademiyasına qəbul olunur və heykəltəraşlıq kafedrasını bitirir. Topuz Türkiyə Cümhuriyyətinin 50-ci ildönümü (1973) münasibəti ilə əsərlər hazırlamaq üçün seçilən 20 rəssamdan biri olub. 1978-1980 və 1983-1984-cü illərdə heykəltəraşlıq karyerasını Nyu-Yorkda davam etdirir; 1978-1980-ci illərdə İncəsənət Tələbələri Liqasının heykəltəraşı Jose De Cleft ilə birlikdə işləyir. 1987-ci ildə İstanbul Biennalesində iştirak etmişdir. O, 1990-cı ildə Ankara İncəsənət Vəqfi tərəfindən “İlin heykəltəraşı” adına layiq görülüb.

Yüklənir