Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ:
FƏRHAD XƏLİLOV
YERLƏ GÖY ARASINDA

FƏRDİ SƏRGİSİ

30 Noy - 31 Mar 24

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisini təqdim edir. Sərgi, rəssamın son illər ərazində yaratdığı rəngkarlıq tablolarını və bu günə qədər nümayiş olunmayan qrafika əsərlərini bir araya gətirir.

VİRTUAL TUR

1960-70-ci illərin ümumittifaq sərgilərində fərqli dəsti-xətti ilə özünə diqqət çəkən gənc Fərhad Xəlilovun əsl “sənət məktəbi” o dövrün Moskva şəhərinin qeyri-rəsmi bədii həyatı olmuşdur. İlya Kabakov, Oleq Tselkov, Yuri Kuper, Yevgeni Çubarov və digər nonkonformist rəssamların mühitində yetişib, püxtələşən Xəlilov yüksək bədii dəyərlər aləminə bələd olmaqla yanaşı, milli ənənələrə bağlı bir rəssam kimi formalaşır. Moskva Ali Bədii-Sənaye Məktəbində (Stroqanov) təhsilini bitirdikdən sonra Azərbaycana dönən rəssamın əsas həmfikirləri Cavad Mircavadov, Əşrəf Murad və Sənan Qurbanov olmuşlar.

“Yerlə göy arasında” sərgisi rəssamın uzunillik yaradıcılığına fokuslandığı və poetik mövzulardan ilhamlandıran əsərlərini nümayiş edir. Ətrafı hiss elədiyi kimi kətana ötürən Xəlilov, əsərlərində təbiətin müxtəlif hallarını əks etdirir. Məhz bu halların açıqlanması sərginin özəyini təşkil edir. “Yerlə göy arasında” metaforik başlıq altında birləşən ekspozisiya rəssamın səcdə etdiyi, əsas ilham mənbəyi olan ünsürlərə sitayişidir. Fəaliyyətinin müxtəlif etaplarında fərqli vizual həllərə yer verən rəssamın yaradıcılıq tendensiyası fiqurativlikdən mücərrədə və minimalistik mücərrədə qədər aparan fəlsəfi diskursdur. Ustad koloristin ümumiləşdirilmiş abstraksiyalarında rəng və məkanın təfsiri nəql edilmir. Rəssam üçün vacib olan motiv deyil, hal, durum və təəssüratdır.

***

Fərhad Xəlilov (d. 1946, Bakı) ilk peşə təhsilini 1961-1966-cı illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbindəalmışdır, daha sonra 1966-1968-ci illərdə Moskva Ali Bədii-Sənaye Məktəbində (Stroqanov), 1969-1975-ci illərdə isə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir. 1960-cı illərdən incəsənət sərgilərində iştirak etməyə başlamışdır. Onun Azərbaycan, Rusiya və digər ölkələrdə fərdi sərgiləri keçirilmişdir o cümlədən: “Yenidən Bakıda”, fərdi sərgi (Heydər Əliyev Mərkəzi, Bakı, 2019); “Görüş” fərdi sərgisi (XTNS, Moskva, 2016); Fərdi sərgi (The Saatchi Gallery, London, 2015); “Tanışlıq”, fərdi sərgi (Boom Gallery, London, 2011); Fərdi sərgi (Tretyakov Qalereyası, Moskva, 2008); Fərdi sərgi (Berlin şəhər meriyası, 2004); Fərdi sərgi (Beynəlxalq İncəsənət Mərkəzi, Paris, 2000) və s., habelə əsərləri ABŞ, Almaniya, Yaponiya, Polşa, Fransa, İspaniya və İtaliyada keçirilən qrup sərgilərində nümayiş olunmuşdur. O, 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir.

Xalq rəssamı Fərhad Xəlilov Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb, həmçinin 2021-ci ildə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Rəssamın əsərləri Rusiya, Türkiyə, Fransa, İsveçrə, Almaniya, İngiltərə, Yaponiya, BƏƏ-nin  muzey və şəxsi kolleksiyalarında saxlanılır.

Yüklənir