May 2024

YARAT FRİENDS LEYLİ ƏLƏKPƏROVA İLƏ USTAD DƏRS

11 İyn 19

YARAT Müasir İncəsənət Məkanı YARAT Friends Patformasının üzvləri üçün xüsusi olaraq fotoqraf Leyli Ələkpərova ilə “Foto kollaj”a həsr olunmuş ustad dərsdə iştirak etməyə dəvət edir.


İlk öncə Leyli fotoqrafiyaya gətirən yolu haqqında danışacaq. Görüşün əsas mövzusu isə foto kollajdır. Görkəmli fotoqrafların və rəssamların işləri əsasında Leyli foto kollajın yaradıcılıq prinsiplərini ilə sizi tanış edib ustad dərsi keçirəcək. Ustad dərsinin sonunda hər kəsin özü hazırladığı bir foto kollaj olacaq.


Leyli 2013-cü ildən foto sənəti ilə məşquldur. 2014-ci ildə “Metro” adlı fərdi fotosərgisi keçirilmişdir. 2016-cı ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Söz” layihəsində “Qadın portreti” mövzusunda işlərini təqdim etmişdir. “Bakı Foto 2017” foto müsabiqəsinin təşkilatçılarından biridir.


Tarix: 11 iyun, 2019

Saat: 19:00

Məkan: Neste kafesi


İştirak yalnız YARAT Friends üzvləri üçündür

Yüklənir