May 2024

FƏRƏH PİRİYE İLƏ ÖZƏL TUR

20 Noy 19

YARAT Müasir İncəsənət Məkanı YARAT Friends Patformasının üzvləri üçün Fərəh Piriye ilə özəl tura dəvət edir.


Sizi Noyabr ayının 20-i, saat 18:00 da Zərif sərhədlər: İranın görün[məy]ən sərhədlərinə baxış sərgisinin özəl turuna dəvət edirik. Tədbir sərgi üçün xüsusi dəvət olunmuş kurator Fərəh Piriye tərəfindən aparılacaqdır.


Zərif sərhədlər: İranın görün[məy]ən sərhədlərinə baxış qrup sərgisinin ekspozisiyası bütünlükdə 15 rəssam tərəfindən məhz bu sərgi üçün yaradılmış, eləcə də son illərdə ərsəyə gətirdikləri əsərləri təqdim edir. Bu əsərlər, sərhəd anlayışını hansısa şübhəli, efemer və mütərəddid (qeyri-sabit, dəyişkən) kimi nəzərdən keçirir və heç bir sərhədin, mədəni, ərazi və psixoloji olmasından asılı olmayaraq, dayanıqlı və sabit olmasını şübhə altına qoyur. İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdıran sərgi, siyasi identikliyə, eləcə də daxili, şəxslərarası və beynəlxalq sərhədlərə aid olan sualları ortaya qoyur.


Tarix: 20 noyabr, 2019

Saat: 18:00

Məkan: YARAT Mərkəzi


Giriş yalnız YARAT Friends üzvləri üçündür

Yüklənir