Aprel 2019

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT AKADEMİYASI 2019: QOŞULUN, İŞTİRAK EDİN!

01 Mar - 17 May 19

YARAT AKADEMİYASI 2019

(Mart – May)

YARAT Müasir İncəsənət Məkanı sizi növbəti YARAT Akademiyasının 6-cı hissəsinə dəvət edir.


Təsvir

YARAT Müasir İncəsənət Məkanı YARAT Akademiyasının yaz sessiyasını elan edir. Layihə mart ayında başlayacaq və 3 ay müddətində davam edəcək.

Yaz sessiyası bu il “Təsviri incəsənətin poeziyası” mövzusuna həsr olunub. Sizi beynəlxalq və yerli ekspertlərlə mühazirələr, ustad dərsləri və rəssamlarla görüşlər gözləyir.


Program:
06.03.2019

Laura Bianko - rəssam və rejissor. NABA-da (Nuova Accademia di Belle Arti Milano) media dizayn və multimedia sənəti üzrə bakalavr dərəcəsi almışdır. Laura Bianko əsərlərində video və şeir sintezinə xüsusi diqqət yetirir, həm təsviri  incəsənətdə, həmdə ki, kinoda kifayət qədər cəsur təcrübələr aparır.

Onu çəkdiyi filmlər bir sıra beynəlxalq festivallarında iştirak edib və mükafatlar qazanıblar


13.03.2019

Simon Meneqoy - Milanda fəaliyyət göstərən tənqidçi və kurator. Simon ”Per4m”-ın koordinatoru olaraq, Turində keçirilən İncəsənət Festivalının performans-art “Artissima” bölməsi ilə də rəhbərlik edir. Həmçinin  o, “Artforum”-da da iştirak edir. 2005-ci ildən başlayaraq İtaliyada və digər ölkələrdə keçirilən fərdi kolleksiya sərgilərinin kuratorudur, o cümlədən: The Camera’s Blind Spot, Extra City Kunshal, Antverpen, 2015; The Warm Stat- ues. Sculpture – Body – Action, 1945-2013, Museo Marino Marini (Florensiya), 2014; LE SILENCE Une fiction, Nouveau Musée National de Monaco, 2012; Bouvard and Pecuchet’s Compendious Quest for Beauty, David Roberts Art Foundation (London), 2012.


14.03.2019

Faig Ahmad – artist

Faig Ahmed lives and works in Baku, Azerbaijan and graduated from the sculpture department of Azerbaijan State Academy of Fine Art in 2004. He represented Azerbaijan at the nation’s inaugural pavilion at the Venice Biennale in 2007 and participated in the show “Love Me, Love Me Not” in 2013. 

Ahmed has exhibited his works worldwide including group and solo exhibitions in New York, Paris, London, Berlin, Rome, Dubai, Moscow and the UAE. In 2013, the artist was nominated for the Jameel Prize 3 at Victoria and Albert Museum in London. His works are in public collections including Los Angeles County Museum and Seattle Art Museum, and in private collections such as West Collection, Philadelphia, the collection of Beth Rudin DeWoody, New York City, Galila’ Collection, Brussels, Ranza collection, Rome, Jameel Foundation, London and H.H. Sh Zayed bin Sultan bin Khalifa Al Nahyan, UAE.


29.03.2019

Leyli Salayevanın ilk şeir kitabı “Twelve Thirteen” ("On iki on üç") 2014-cü ildə işıq üzü görmüşdür. İki il sonra «Youtopia» adlı kitabı çap olunub və  London Kitab Festivalının Fəxri mükafatına layiq görülüb.  2018-ci ildə isə müəllifin rus dilində yazılmış “Anabioz” şeir toplusu işıq üzü görüb. Həmçinin o, uşaqlar üçün yazdığı “Dilbərin qaşıq səyahəti” nağıllar kitabının müəllifidir. Həmin kitab MDB ölkələrinin XIII “Kitab sənəti” Beynəlxalq Festivalının 2-ci mükafatını qazanıb. Leyli Salayevanın şeirləri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) jurnalı, Culture & Creativity EU-European Partnership Program və Böyük Britaniya Kitabxanasının saytlarında, Avropa və Amerika onlayn nəşrlərində dərc olunub.  

Leyli Salayeva Azərbaycan Yazıçılar Birliyinin və Birləşmiş Krallığın “Şeir dərnəyi”nin üzvüdür.


01.04.2019

Əsli Səmədova Milan və Bakıda fəaliyyət göstərən kurator və muzey işi üzrə mütəxəssisdir. O, Avropa və ABŞ-da keçirilən diplomatik, təhsil və sərgi layihələri çərçivəsində aparıcı mədəniyyət müəssisələri ilə əməkdaşlıq edir, o cümlədən: Viktoriya və Albert Muzeyi (Böyük Britaniya), Tekstil Muzeyi, Metropoliten Muzeyi (ABŞ), İslam İncəsənət Muzeyi (Almaniya), Milli Elmlər Akademiyası (İtaliya).

Əsli Səmədova “Mədəni irsin qorunması proqramı” layihəsinin təsisçisidir. Həmçinin o, beynəlxalq incəsənəti təbliğ edən və eksperimentlər  platforması olan “Ta(r)dino 6” layihəsinin müəllifidir. Bunlarla yanaşı Əsli Səmədova Bakı Höte-Mərkəzində bir sıra mədəni layihələrin kuratorudur.


15.04.2019

Misal Adnan Yıldız 2014 – 2017-ci illərdə Oaklandda yerləşən "Artspace NZ"-in direktor vəzifəsində çalışıb. Həmçinin "Künstlerhaus Stuttgart"ın (Almaniya) bədii rəhbəri olmuşdur. Onun kuratorluq anlayışemalatxanalardakı proseslər, sərginin metodologiyası və tamaşaçı auditoriyasının genişləndirilməsi arasında əlaqələrin yaradılmasında maraqlı söhbətlərə əsaslanır. Hal-hazırda Yıldız, Hamburqda yerləşən Hafencity Məktəbində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya üzərində çalışır və Berlində bir neçə sərgi və nəşr layihələri üzərində  işləyir.


19.04.2019

Mendi Merzaban – ərəb modernizmi sahəsində ixtisaslaşan müasir və konseptual sənət üzrə kurator, rəssam və yazıçıdır. Mendinin tədqiqatları kinetik şəkillərin, mətnlərin və çap vasitələrinin yaddaşa və dilə necə təsir etməyinə əsaslanır. Hal-hazırda Mendi Merzaban YARAT Art Rezidensiya proqramının iştirakçısıdır.


08.05.2019

Babi Badalov
– visual artist and poet 

Babi Badalov's pratice is a constant exploration of the limits of the language. He is particularly interesting in the way that language is able to isolate individuals from the people who don't share the same language. Thereby, the artist covers current geo-political topics that echoes his own personnal experiences.

Several Babi Badalov's artworks are part of international public collections such as Russian Museum in St. Petersburg  (Russia), MuHKA Museum Contemporary Art Antwerp, Azerbaijan State Museum of Art in Baku (Azerbaïjan),  Kunstmuseum of Emden (Germany),  Martigny Art Museum (Switzerland), Oetcker Collection in Bielefeld (Germany), Arina Kowner Collection in Zurich (Switzerland) and Zimmerli Art Museum (New Jersey, USA).


17.05.2019

Mari Spirito Boston yerləşən Masaçusets İncəsənət Kollecinin məzunudur və 2011-ci ildən bəri dünyanın müxtəlif ölkələrində sərgilər təşkil edən Protocinema'nın icraçı direktoru və kuratorudur.

Mari Spirito 2019-cu il Pekin İncəsənət Sammiti çərçivəsində keçirilən ictimai görüşlərin kuratoru idi. O, bir çox nüfuzlu incəsənət  təşkilatlarında kurator və direktor vəzifələrində çalışmışdır, o cümlədən: İndependent Curators International (ICI), Banqkok (2018); Alserkal Art Foundation, Dubay (2018); Art Bazel və Art Basel Miami Beach (2013-2018); High Line Plinth Commissions nəzdində Beynəlxalq Məsləhət Komitəsinin üzvü, Nyu-York (2017); Alt Art Space, İstanbul (2015-2017); "On the Nature of Justice" sərgisi və Onassis Mədəniyyət Mərkəzi, Afina (2017); 2-ci Mardin Biennalesi, Türkiyə (2012); 303 Gallery, Nyu-York (2000-2012)



Ahmet Öğüt, Berlində və Amsterdamda yaşayan və fəaliyyət göstərən, sosioloji təşəbbüskar, rəssam və müəllimdir. O, qaçqınlar və sığınacaq axtaran insanlar üçün olan Silent Universiteti muxtar informasiya mübadiləsi platformasının təsisçisidir. Ahmet Öğüt müxtəlif  media vasitələri ilə əsərlər yaradır. Onun son fərdi sərgiləri: “Happy Together: Collaborators Collaborating”, “La Galerie de l’Université du Québec en Outaouais” (GUQO), Québec, CA (2019); “Bakunin's Barricade”, Kunstverein Dresden (2018), “Hotel Résistance”, KOW, Berlin (2017) və s. 

Ahmet Öğüt bu yaxınlarda Mondriaan  Fondu tərəfindən rəssamlar üçün təsis edilmiş təqaüdə (2019-2021) və Foundation for Arts Initiatives təşkilatının qrantına layiq görülmüşdür (2019).

Rəssam Türkiyəni 53-cü Venesiya Biennalesində təmsil edib.


YARAT-ın imkanları:

  • Ödənişsiz müasir kitabxana və WI-FI (Kitabxanada dünyanın ən nüfuzlu incəsənət nəşriyyatlarının kitabları Azərbaycan, rus və ingilis dillərində oxuyucular üçün təqdim olunub. Müxtəlif araşdırmaların həyata keçirilməsi üçün tələbələr WI-FI xidmətindən sərbəst şəkildə istifadə edə bilərlər)
  • Audio və video materialların təqdim olunması (YARAT Akademiyası müddətində keçirilən bütün mühazirələr, ustad dərsləri və görüşlər zamanı istifadə olunan audio və vizual resurslar daimi iştirakçılara təqdim olunur)
  • Tərcümə (YARAT Akademiyasının bütün xarici mütəxəssis mühazirələri hər zaman Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur)
  • Buraxılış sertifikatı (YARAT Akademiyasının bütün mühazirələrində aktiv iştirak edən və tapşırıqları uğurla yerinə yetirən tələbələr kursun yekununda sertifikatla təmin olunacaqlar)

Qeydiyyat: 

YARAT Akademiyasında iştirak etmək istəyənlər helpdesk@yarat.az ünvanına, məktubun "Mövzu" bölməsində "YARAT Akademiya" qeyd edərək, aşağıda göstərilən məlumatı göndərməlidirlər: 
  • Ad, soyad
  • Ali təhsil ocağının adı, fakültə
  • Əlaqə telefonu

helpdesk@yarat.az

Yüklənir