Taus Maxaçeva, ŞARİVARİ, 2019, qarışıq texnika
YARAT Müasir İncəsənət Məkanının sifarişi ilə
Memar: Mariya Serova
İnstalyasiyanın hazırlanması: Novruz Məmmədov
Mətn: Aleksandr Sneqiryov
Kostyum üzrə rəssam: Panika Derevya
Kostyumların hazırlanması: Panika Derevya, Anastasiya Markova, Alina Sarança, M’Art Səhnə Kostyumları Studiyası, Ginger Rose Kostyum studiyası
Kostyumların hazırlanmasında köməklik: Darya Komyaqina, Yekaterina Lısenko, Həyat Nəsirova, Asya Sokolova, Xanım Tapdıqova, Arina Umanskaya, Alina Jamaletdinova İstehsalat: Kristina Çernyavskaya, Sədaqət İsayeva
Səs tərtibatı: Denis Dronov Səs mühəndisləri: Maksim Nikolayev, PicMus Production
Aktyorlar: Yuri Brejnev, Anton Kostoçkin, Aqniya Kuznetsova, Qladston Maxib, Darya Mazur, Polina Miluşkova, Yekaterina Sibayeva, Lyubov Tolkalina
Dublyaj: Renara Şəmsiyeva, Patrik Sevel
Araşdırmalar: Vüsal Əhmədov, Ülviyyə Axundova, Fərəh Ələkbərli, Sənan Bağırov, Kristina Çernyavskaya, Səyyarə Hüseynli, Rizvan Ələsgər, Asya Sokolova, Arina Umanskaya
Xüsusi minnətdarlıq: Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə, sirk tarixçisi Rəcəb Məmmədov, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin direktoru Əsgər Rəsulov, Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlı, gimnast Tamilla Nəzirova, kloun Lada Sanatskaya, heyvan təlimçiləri Tofiq Axundov və Rauf Rəsulov, sirk şouları və konsertlərinin direktoru Vladimir Vavilov, arxivarius Aidə Babazadə, şairə Leyli Salayeva
Bu sərgidə, geniş yaradıcılıq təcrübəsinə performans, film, qida məhsulların və obyektlərin daxil olduğu rəssam Taus Maxaçeva, Qafqaz müasirliyini sirk sənəti prizmasından araşdıran yeni hazırlanmış multimedia instalyasiyasını təqdim edir. Şarivari sərgisi özündə genişmiqyaslı heykəltəraşlıq, immersiv səs, funksional olmayan, amma təmtəraqlı və rəmzi xarakter daşıyan kostyumlar və əfsanəvi hekayəçiliyi birləşdirir. Bütövlükdə SSRİ-nin sirk ənənəsini və xüsusilə də Bakı Dövlət Sirkinin tarixini tədqiq edən instalyasiya təsəvvürdə həm köhnə sirkin qalıqlarını, həm də xəyali bir sirk yaradır.
Aparıcı əyləncə növü olmasına baxmayaraq, Sovet sirki nisbətən senzurasız mühit təqdim edirdi. Burada cəsarətli və hünərli bəyanatlar vizual və fiziki dil vasitəsilə ifadə edilirdi. Faktlar və uydurma vasitəsilə, bu instalyasiya sovet dövründən postsovet paradiqmasına keçid dövrü, habelə post-postsovet dövrünün bir neçə gələcəyinə qədər, ənənələr, müasirlik və mədəni autentiklik (əsillik) arasında daim dəyişən münasibətləri aşkara çıxarır.
Şarivari termini, spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki, artistlər bir-birləri ilə rəqabət aparır, öz istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər. Taus Maxaçevanın arxiv sənədlər, filmlər və fotoşəkillərə əsaslanan instalyasiyası, xaotik, xəyali sirk mühitini yaradır. Burada peşəkar aktyorlar tərəfindən nəql edilən xüsusi yazılmış ssenari vasitəsilə tamaşaçılara danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun, güclü qadın-mühasib, gümüşü plaşlı milçək və digər qəribə məxluqlardan bəhs edilir. Rəssam, məzhəkəli və çox vaxt da ziddiyyətli sosial-siyası fikirlər kimi səslənən, uzaq keçmişə və yaxın gələcəyə dair bu hekayələr müasir dövrün gerçək sirkini şərh edir.
Milli Arxiv İdarəsi (Bakı filialı), Rusiya Dövlət Kino-Foto Sənədləri Arxivi və digər mənbələrdən götürülmüş bir sıra arxiv-tədqiqat materiallarının toplusu sərginin açılış və bağlanış tədbirlərində nümayiş etdiriləcək, həmçinin onlara https://bit.ly/2SihXLa veb-linkindən baxa bilərsiniz.
Aleksandr Sneqirovun performans novellarının mətni ilə bu veb-linkdən tanış ola bilərsiniz: https://bit.ly/2SqwYdX