Orkhan Huseynov
b. 1978, Baku, Azerbaijan
Lives and works in Baku, Azerbaijan
Orxan Hüseynov 1995-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin keramika üzrə dizayn fakültəsini bitirmişdir. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin keramika üzrə dizayn fakültəsinin məzunu olaraq bakalavr dərəcəsini almışdır. O.Hüseynov 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının incəsənət tarixi və nəzəriyyəsi fakültəsində təhsilini başa vurmuşdur. Hazırda o, bədii obyektlərlə, installyasiyalarla, boyakarlıqla və video çəkilişlərlə məşğul olur.
Orxan Hüseynov bərabər səviyyədə boyakarlıqda, qrafikada və digər materiallarla dərindən işləməyi bacaran rəssamdır. Lap əvvəldən mövzu cəhətdən onun yaradıcılığının əsas istiqaməti xalqın adət-ənənəsinə və ölkəmizin tarixinə məhəbbəti olmuşdur. Mədəniyyəti, incəsənət, məişət, memarlıq abidələri, xalq oyunları- bütün bunlar onun əl işlərində öz əksini tapmışdır. Misal üçün, o, inqilaba qədərki Bakıya bütöv bir silsilə həsr etmişdir: Qubernator bağı, neft mədənləri, Torqovı gecələri, restoranlar, vəkil kontorları, bazarlar, vətəndaşların şəxsi həyatı... Və bunların hamısı olduqca gözəl formada, yüksək zövqlə və yumor hissilə, həm də, bu da əhəmiyyətli amildir, – tarixi dəqiqliklə tamaşaçıya təqdim olunur. Daha ciddi plandakı mülki motivlər də onun yaradıcılığında öz əksini tapmışdır. Həm Dağlıq Qarabağ münaqişəsi, həm də Azərbaycan tarixinin müxtəlif dövrləri. Yeri gəlmişkən, Orxanın əsərlərinin etnik çalarları həm coğrafi, həm də zaman müstəvisində daha genişdir. O, tez-tez fəlsəfi, ümumbəşəri mövzulara müraciət edir. Orxanın konseptual incəsənətdəki əsərləri də istisna deyil.
Fərdi sərgilər
2013
OFİS. Kiçik Qalart Qalereyası, Bakı, Azərbaycan
2003
Fərdi sərgi, Vəcihə Səmədova adına sərgi salonu, Bakı, Azərbaycan
KÖHNƏ BAKI, Tropenmuseum, Amsterdam, Hollandiya
2000
VakifBank Rəsm Qalereyası, Ankara, Türkiyə
Qrafika əsərlərdən ibarət fərdi sərgi, Humay Azərbaycan Mədəniyyəti Mərkəzi, Birləşmiş Krallıq
1999
Fərdi sərgi, Vəcihə Səmədova adına sərgi salonu, Bakı, Azərbaycan
Qrup sərgilər
2014
CONTEMPORARY ISTANBUL, İstanbul Konqres Mərkəzi, İstanbul, Türkiyə
POETICS OF THE ORDINARY (ADİLİYİN ŞEYRİYYATI), Azərbaycan pavilyonu, VIENNAFAIR The New Contemporary, Messe Vena, Avstriya
LOVE ME LOVE ME NOT (SEVİR SEVMİR), Azərbaycanın və qonşu ölkələrinin müasir incəsənəti, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan
2012-2013
FLY TO BAKU: Müasir Azərbaycan İncəsənəti, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan; İncəsənət Tarixi Muzeyi, Vyana, Avstriya; XXI əsr Milli Müasir İncəsənət Muzeyi, Roma, İtaliya; “Multimedia Art” Muzeyi, Moskva, Rusiya; “me Collectors Room”, Berlin, Almaniya; “Hotel Salomon de Rothschild”, Paris, Fransa; “Phillips de Pury& Company”, London, Böyük Britaniya
2013
LOVE ME LOVE ME NOT, 55-ci Beynəlxalq İncəsənət Sərgisi, YARAT Müasir İncəsənət Məkanının – Venesiya Biyennalesi çərçivəsində tədbiri, Arsenale Nord, Venesiya, İtaliya
2012
BİRLƏŞƏN KÖRPÜLƏR, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan
012 BAKI İCTİMAİ SƏNƏT FESTİVALI, Bakı, Azərbaycan
COMMONIST, organized by YARAT Contemporary Art Space, Baku, Azerbaijan
2011
ÖN SÖZ, YARAT Alternativ İncəsənət Məkanı, Bakı, Azərbaycan
MÖHTƏŞƏM DÖRDLÜK, Kiçik QalArt Qalereyası, Bakı, Azərbaycan
ŞƏRQƏ SƏYAHƏT, Müasir İncəsənət Muzeyi (MOCAK), Krakov, Polşa
ŞƏRQƏ SƏYAHƏT, Müasir İncəsənət Muzeyi, Belostok, Polşa
2010
GROUND FLOOR AMERICA, Den Frie Müasir İncəsənət Mərkəzi, Copenhagen
Azərbaycan Müasir İncəsənəti, Aydan Qalereyası, Moskva, Rusiya
QIZMAR GÜNƏŞ ALTINDA, eyni adlı k/f həsr olunmuş layihə-sərgi, Alman Kirxası, Bakı, Azərbaycan
2009
ALUMINIUM 4, Transformasiya, Beynəlxalq Müasir İncəsənət Biennalesi, Bakı, Azərbaycan
BAKUNLİMİTED, Azərbaycan Mədəniyyəti günləri, VOLTAHALLE, Bazel, İsveçrə
M'ARTIAN FIELDS-COLLABORATION, M'ARS Qalereyası, Moskva, Rusiya
2008
ART İS NOT ONLY UGLY, Azərbaycan Mədəniyyəti İli, Xarici İşlər Nazirliyi, Berlin, Almaniya
STEPS OF TİME: Azərbaycan Müasir İncəsənəti, “Residenzschloss”, Drezden, Almaniya
MİNİMAL ƏMƏK HAQQI layihə sərgisi, Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan
2007
OMNIA MEA… 52-ci Beynəlxalq Venesiya Biennalesi, Venesiya, İtaliya
ALUMINIUM 3, Arzuların Gercəkliyi, Beynəlxalq Müasir İncəsənət Biennalesi, Bakı, Azərbaycan
ŞƏRQ VƏ YA QƏRB, İncəsənət Muzeyi, Di, Fransa
2006
QAFQAZ, Dövlət Müasir İncəsənət Mərkəzi, Moskva, Rusiya
2005
KİŞİ VƏ QADIN, layihə sərgisi, Muzey Mərkəzi, Bakı, Azərbaycan
ALÜMİNİUM 2, İNCƏSƏNƏT + YENİ TEXNOLOGİYALAR, Şirvanşahlar Sarayı, Bakı, Azərbaycan
2004
METRO – SPACE, Priestor Müasir İncəsənət Qalereyası, Bratislava, Slovakiya
2003
7+7 DAHA ŞƏFFAF, Muzey Mərkəzi, Bakı, Azərbaycan
ALUMINIUM, 1st International Exhibition, Baku, Azerbaijan
INOUT, Prague, Czech Republic
LAST EAST EUROPEAN SHOW, Muzej savremene umetnosti, Belgrade, Serbia
2002
ORIENTALİZM: İÇƏRİDƏN VƏ XARİCDƏN, Beynəlxalq Müasir İncəsənət sərgisi, Səttar Bəhlulzadə adına sərgi salonu, Bakı, Azərbaycan
QAFQAZ OLEATORİYASI, festival, Batumi, Gürcüstan
KOSMOLİTİKA, Son əsrin yeni müsiqisi festivalı çərçivəsində sərgi layihə, Bakı, Azərbaycan
2001
Türk-Amerika Assosiyası qalereyası, Ankara, Türkiyə
2000
ZAMANIN QANADLARI, gənc rəssamların sərgisi, Xəqani Ticarət Mərkəzi, Bakı, Azərbaycan