Vaciko Çaçxiani (1985-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə anadan olub) hazırda Berlində yaşayıb çalışır. Təsviri sənətlə məşğul olmaq qərarına gəldikdən öncə Tbilisinin (Gürcüstan) Texniki Universitetində riyaziyyat və informatika ixtisası üzrə təhsil alıb. Təsviri sənət üzrə isə Berlinin (Almaniya) İncəsənət Universitetində (UdK) professor Qreqor Şnayderin sinfində, bir də Amsterdamın (Niderland) Gerrit Rietveld Akademiyasında təhsil alıb. Fərdi sərgilərindən bəziləri bunlardır: Şüşəli Pavilyon GRA, Amsterdam (2009); Gala Qalereyası, Tbilisi (2011); BINZ39, Sürix (2012), Dövlət Ədəbiyyat Muzeyi, Tbilisi (2013); bir də Museum für Gegenwartskunst, Zigen, Almaniya (2014). Qrup sərgilərindən bəziləri: Müasir İncəsənət Muzeyi, Leypsiq (2011), Stedelijk Müzeyi, Hertogenbos (Niderland, 2011), “Ət kombinatı”, Praqa (2012), Haus am Lützowplatz, Berlin (2014), Müasir İncəsənət Muzeyi, Volfsburq (2014), Bundeskunsthalle, Bonn (2015). Çaçxiani DAAD təqaüdçüsü olmuşdur (2013), Zigen Müasir İncəsənət Muzeyinin nüfuzlu 7-ci Rubens Reklam Mükafatını qazanmışdır (2014), ISCP Art-Rezident Proqramına qəbul
Yüklənir