26 İyn - 29 İyn 14
START incəsənət sərgisi
Azərbaycanın Müasir İncəsənət Sərgi Salonu yarmarkada iştirakını elan edir
26 – 29 iyun 2014
Saatchi Sərgi Salonu, London
Bakıda yerləşən “Yay” Sərgi Salonu “Prudential” fondunun təşkil etdiyi ilk “START Art” yarmarkasında iştirakını elan edir. Londonun “Saatchi” Sərgi Salonunda keçiriləcək yarmarka “Yay” Sərgi Salonunun Böyük Britaniyada təşkil olunan bu cür tədbirlərin birincisi olacaq.
Azərbaycan dilində “yaymaq” mənasını kəsb edən “Yay” Sərgi Salonu müasir incəsənət sahəsində fəaliyyət göstərən Azərbaycanın aparıcı qeyri-kommersiya təşkilatı “YARAT” tərəfindən təsis edilib. 2012-ci ildə “YARAT” Təşkilatının Qafqazda yerli müasir incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərin yerinə yetirilməsi nəticəsində təsis olunan “Yay” Sərgi Salonu incəsənət sahəsində beynəlxalq dialoqun təşkilini dəstəkləyir və əsərlərin satışından əldə olunan vəsaitləri rəssamlar arasında bölüşdürür.
START incəsənət sərgisi haqqında məlumat
“START Art” silsilə tədbirlərin birincisi 26-29 iyun 2014-cü il tarixlərində Londonun “Saatchi” Sərgi Salonunda təşkil olunacaq. Yarmarkanın təşkil olunmasının əsas səbəbi beynəlxalq səviyyədə fəaliyyət göstərən yeni formalaşan sərgi salonlarını dəstəkləməkdir. Bu yaxınlarda keçiriləcək birinci yarmarkada dünyanın ən perspektiv incəsənət bazarları və Asiya, Avropa, Böyük Britaniya və ABŞ-dan olan aparıcı sərgi salonları bir araya gələcək.
“START Art” “Global Eye” Proqramı tərəfindən işlənib hazırlanan və “Saatchi” Sərgi Salonu ilə əməkdaşlıqda dünya üzrə gənc istedadların dəstəklənməsi ilə məşğul olan təşəbbüsdür. Yarmarkanın əsas məqsədi formalaşan sərgi salonlarını və gənc rəssamları müəyyən məkanla təmin etmək, habelə onların inkişaf etməkləri üçün zəruri sayılan dəstək və tanınmalarını təşkil etməkdir. Yarmarka eksponentlərə öz rəssamlarını mədəniyyətlə maraqlanan tamaşaçılara dünyaca məşhur olan məkanda təqdim etmək fürsətini verir. “Saatchi” Sərgi Salonu gənc istedadların tanınmasına dəstək verilməsi və öz karyeralarının qurulması ilə bağlı özünəməxsus yanaşmasına görə seçilir. Bu cür yanaşma “START Art” proqramının özəyini təşkil edir. Tədbirin sponsoru qismində Asiya qitəsində gənc istedadları və yaradıcılığı dəstəklənməsi ilə tanınan “Prudential” fondu çıxış edir.
“START Art” yalnız 44 sərgi salonunun öz rəssamlarını təqdim edəcək məqsədli incəsənət yarmarkasıdır. Təqdimat ənənəvi incəsənət yarmarkaların keçirildiyi formatından daha çox muzey məkanına bənzər sahədə keçiriləcək.
Tarix:
26 - 29 iyun 2014-cü il
Ünvan:
“Saatchi” Sərgi Salonu, York Hersoqunun Malikanəsi, Kinqsroud, London, SW3 4RY
Tədbirin təşkil olunma vaxtı:
Çərşənbə 25 iyun 2014-cü il
Mətbuat üçün təqdimat (yalnız akkreditasiya olunmuş jurnalistlər iştirak edə bilər)
Cümə Axşamı 26 iyun 2014: 10:00 – 21:00
Cümə 27 iyun 2014: 10:00 – 18:00
Şənbə 28 iyun 2014: 10:00 – 20:00
Bazar 29 iyun 2014: 10:00 – 18:00
Ödəniş:
Birbaşa yerində ödəniş:
20.00 funt – böyüklər üçün bir günlük bilet
17.50 funt – 65 yaşdan yuxarı şəxslər üçün bir günlük bilet
Əvvəlcədən qeydiyyatla:
17.50 funt - böyüklər üçün bir günlük bilet
15.00 funt - 65 yaşdan yuxarı şəxslər üçün bir günlük bilet
16 yaşadək tamaşaçılar üçün giriş pulsuzdur
Nə cür çatmaq olar:
Sloun Meydanı və ya “Viktoriya” Metro Stansiyasından