May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI – XXXXXXY SƏRGİSİ

20 Noy - 20 Dek 15

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə eksperimental layihələr üçün nəzərdə tutulan ARTIM Layihə Məkanının açılışını 20 noyabr 2015-ci il tarixində baş tutmuşdur. 


ARTIM Layihə Məkanının açılışı çərçivəsində XXXXXXY sərgisi nümayiş olunmuşdur. Adları açıqlanmayan anonim rəssamlar X və Y adları altında eksperimental instalyasiyalar təqdim etmişdilər. Sərginin ümumi mövzusu əvvəllər yaşayış evi olan binanın və onun sakinlərinin tarixi ilə sıx bağlıdır.


Belə ki, təqdim olunan X rəssamın Göz muncuğu layihəsi insanın bütün tilsimlərini qıran məkan ideyasıdır. Qapıdan içəri daxil olarkən, giriş hissəsində asılan göz muncuqları insanın üzərində olan tilsimlərin qırılması üçün və həmin insanın otağa artıq “təmizlənmiş” halda daxil olmasını nəzərdə tutur. Otağa aparan giriş başqa dünyaya piştağ obrazını daşıyır. 


Digər X rəssamının Əbədi sənədlər instalyasiyasını yaratmaqda təkanverici amil – bütün həyat boyunca bir insanın topladığı və onun  üçün əziz, yaxın və qiymətli olan sənədləri, fotoları, musiqi və arxeologiya sahəsində olan tədqiqat materialları, mühasibat kağızları, məktubları lazımsız əşya kimi qoyub getməsidir. Rəssam bu əşyaları “əbədiləşdirmək” məqsədilə, taxtanın yapışdırılması üçün istifadə olunan sıxacla həmin artefaktları bir birinə birləşdirərək əsər yaradıb.


Madonna instalyasiyası “evdə tək” qalan insan effektinə nəzər salır, bu da instalyasiyanın əsas ifadə vasitələrindən biri kimi çıxış edir. Divar dolablarının daxilində quraşdırılan xüsusi səs sistemi məkanda yüngülcə tərpənən qab-qaçaq (boşqablar, fincanlar və s.) təəssüratını yaradır.  


Hadisə adlı eksperimental əsər XX əsrin 60-70-ci illərində İçəri Şəhərdə baş vermiş real əhvalatdan bəhs edir. Sərgidə həmin hadisə İçəri Şəhərdə yerləşən köhnə binanın divarlarında “rəvayət” kimi öz əksini tapmışdı. 


Məni tap adlı instalyasiya bütün məkan boyunca səpələnmiş və bir neçə tam müstəqil hissədən ibarət olan instalyasiya eyni zamanda ümumi kompozisiya kimi təqdim olunub. İnstalyasiya evin tarixi və rəssamın şəxsi həyatı ilə sıx bağlıdır. Evin müxtəlif otaqlarında ilham tapan rəssam, dərhal o məkanlarda obyektlər yaradır. 


Digər instalyasiya Bunu necə düzgün etməyi sənə öyrədərəm adlanır. Müxtəlif intonasiyalarda daim səslənən bu kəlmə evin keçmiş sakinlərinin verdiyi məsləhət, təcavüz və ya etiraf formasında olan əks-sədalarıdır. Bu kəlmə, ola bilsin ki, hal-hazırda evdə yaşayan kabusların dilindən çaşqınlığa gətirib çıxarır. Həmin səs bu evdə yaşamış insanların və indi orada məskunlaşan kabusların vəziyyətinin göstəricisidir. Kabuslar – insanlar kimi özləri üçün məskən axtarışındadırlar. Harada qalmaq və mövcud olmaqla bağlı fikir qarışıqları narahatçılığın və qeyri-sabitliyin əsas qıcıqlandırıcı amilləridir. İnstalyasiya pis yuxu təəssüratını yaradır. Ziddiyyətlər fiqur və instalyasiya predmetlərinin quruluşunda göstərilir.


Y rəssamın təqdim etdiyi Mənə orda necə olduğunu danış adlı instalyasiya yaşayış binası olmuş evin hal-hazırki reallığı, onun tarixi və yeni yaradılmış romantik fotoqrafiya kompozisiyaları arasında olan dialoq formasında təşkil olunub. Müxtəlif rakurslardan çəkilmiş evin hissələri fotokollaj üslubunda yığılaraq təqdim olunur. 


Sərgi 20 dekabr 2015-ci il tarixinədək davam edəcək. 


Giriş sərbəstdir. 

Ünvan: İçəri Şəhər, Böyük Qala küç., 30

Əlaqə: 012 505 1414

E-mail: info@yarat.az


FACEBOOK EVENT

Yüklənir