May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM / OPEN DOORS DAY

16 May 14

(( [if gte mso 9]>

(( [if gte mso 9]>Normal0falsefalsefalseRUX-NONEX-NONE

Əziz dostlar!

YARAT TƏŞKİLATI SİZİ 16 MAY TARİXİNDƏ KEÇİRİLƏCƏK AÇIQ QAPILAR GÜNÜNDƏ İŞTİRAK ETMƏYƏ DƏVƏT EDİR. BU LAYİHƏNİN NƏTİCƏLƏRİ ƏSASINDA YENİ LAYİHƏNİN 30 İŞTİRAKÇISI SEÇİLƏCƏKDİR.

«Muzey 2014: BASQI»

/ARTIM layihəsi çərçivəsində/

«Gənc azərbaycanlı rəssamların əsərlərində Azərbaycanın tarixi və mədəni irsi.  Klassik Muzey məkanında müasir incəsənət».

 

Layihənin əsas vəzifəsi mədəniyyət sahəsində çalışan gənc mütəxəssislər, eləcə də, əhalinin geniş dairəsi arasında milli tarixi və mədəni irsin öyrənilməsi və təbliğidir. 

Layihənin daha bir əhəmiyyətli məqsədi də təsviri incəsənətin ənənəvi janrları ilə sintezdə müasir texnologiyaların tətbiq edilməsi ilə konseptual incəsənət sahəsinin inkişaf etdirilməsi məsələsidir. 

Layihənin həyata keçirilməsi zamanı onu kolleksiyalar və onlarla bağlı fəaliyyətlərində bəşər sivilizasiyasının keçmişi, bu günü və gələcəyi ilə bağlı suallara cavab verməyə qadir olan mədəniyyət və təhsil mərkəzinə çevirmək məqsədilə müasir Muzey məkanı çərçivəsində ənənə və yeniliklərin birləşdirilməsi kimi aktual mövzuya xüsusi diqqət ayrılmışdır. 

2014-cü il, may ayından sentyabra qədər olan 5 ay ərzində “Muzey 2014. Basqı” adlı bədii layihə hazırlanaraq həyata keçiriləcək. Layihənin kuratoru, Azərbaycanın əməkdar rəssamı S.Şıxlinskayanın rəhbərliyi altında gənc rəssamlardan ibarət qrup Azərbaycanın regionları və Bakının bir sıra muzeyləri, fond və arxivlərində kolleksiyaların tədqiq edilməsi və öyrənilməsi ilə məşğul olacaq. Həmin muzeylər arasında Milli İncəsənət Muzeyi, Xalçaçılıq Muzeyi, Tarix Muzeyi – H.Z.Tağıyevin evi, açıq səma altında “Qobustan” muzeyi, “Şirvanşahlar Sarayı” muzey kompleksi, “İçəri Şəhər” və “Qız Qalası” muzey kompleksləri, Suraxanıda “Atəşgah məbədi” muzeyi, Qaladakı muzey kompleksi,  Şəkidə “Xan Sarayı” muzey kompleksi, Gəncədə “Mədrəsə” muzey kompleksi, Naxçıvandakı muzey və digərlər yer alıb.

Gənc rəssamlar tərəfindən muzeylərdə tədqiq edilmiş materiallar əsasında müasir konseptual incəsənət janrında bədii layihələr işlənib-hazırlanaraq həyata keçiriləcək.  Yaradılmış sənət işləri muzey mərkəzlərində təqdim edilərək 2014-cü il, oktyabr-noyabr ayları ərzində nümayiş etdiriləcək. Layihənin nəticələri əsasında kataloq nəşr olunacaq.

 

Layihədə iştirak etmək istəyən hər kəs may ayının 16-sı saat 12:00-dan 16:00-a qədər Açıq Qapılar Günü çərçivəsində öz ideyalarını təqdim edə bilər.

Özünüzlə yaradıcı işlərinizin siyahısını gətirməyi xahiş edirik. Yaradıcılıq profiliniz elektron daşıyıcılar da daxil olmaqla, istənilən yararlı formatda nümayiş edilə bilər. 

Açıq Qapılar Günü ÜNS Yaradıcılıq səhnəsində baş tutacaqdır.

Ünvan: Neftçilər pr. 69

Giriş sərbəstdir.

Əlaqə telefonu: 012 505 1414


_blank

https://www.facebook.com/events/316573545162486/?source=3&source_newsfeed_story_type=regular

Yüklənir