Aprel 2024

French art group "Les gens d’Uterpan"

23 Mar - 24 Mar 14

İlk dəfə olaraq azərbaycanda “les gens d’uterpan” fransiz art-kollektivinin yaradiciliği təqdim ediləcək. Baki proqrami çərçivəsində sənətkarlar yay qalereyasi və muzey mərkəzində öz performanslarini nümayiş etdirərək tamaşaçilarla görüş keçirəcəklər. 

 

Nümayişlərin təşkilatçısı Institut Français d'Azerbaïdjan birliyinin dəstəyi və bilavasitə iştirakı ilə YARAT qeyri-kommersiya təşkilatıdır.

 

Parisdə yaşayıb fəaliyyət göstərən fransız xoreoqrafları Annie Vigier və Franck Apertet (birlikdə “Les gens d’Uterpan” art-kollektivi)CAC Bretigny təşkilatı ilə əməkdaşlıqda “X-Event” adlı silsilə performansları yaradıb populyarlaşdıra bilmişlər. Onların yaradıcılığı söhbət canlı tamaşadan getdiyi halda rəqs və plastika sənəti arasında sərhəddin haradan keçdiyi üzərində düşünməyə vadar edir. Vigier və Apertet ənənəvi xoreoqrafiyanın çərçivələrini aşaraq ifaçı, quruluşçu və tamaşaçı arasındakı rolların yeni tərzdə interpretasiyasını təqdim edir.  Bu silsilənin hər bir performansı Viktor Torresin bariton səsinin müşayiəti altında baş tutur. Nikolas Martsın rejissor həlləri səsin rolu və funksional mənasını müəyyən edir.

 

Daha əvvəl kollektivin layihələri Project Art Center (Dublin, İrlandiya); Tate Modern Qalereyası və Müasir İncəsənət İnstitutu (London, Birləşmiş Krallıq); Kunsthalle (Bazel, İsveçrə); Kali Performans Festivalı (Kolumbiya); Vermello Qalereyası (San Paulo, Braziliya); Müasir İncəsənət Muzeyi (Varşava, Polşa); Kunsthaus (Qras); Museum Joanneum (Avstriya); Berlin Müasir İncəsənət Biyennalesi (Almaniya), həmçinin, Seul, Nyu-York, Şanxay, Zaqreb, Vilnus, Lion, Paris və Tokioda nümayiş etdirilib.

 

23 Mart 2014

18:00

Yay Qalereyasi

Video Proyeksiyalar Və X-Event “Dad” Performansi

 

Bu performansın yaradılması 2007-ci ildə xüsusi olaraq Lion Müasir İncəsənət Biyennalesi üçün nəzərdə tutulmuşdur. Bu ifa zamanı rəqqaslar sərbəst şəkildə çıxış üçün müəyyən edilmiş məkanda gəzişir. Onlar bir-birilərinə və yaxud seyrçilərə tamamilə neytral, heç bir məna kəsb etməyən nəzərlər yetirir. Bütün performans boyu ifaçılar heç bir söz söyləməyərək, bir kimsə ilə göz-gözə gəlməyə cəhd etmədən yerdə əyləşir və yaxud uzanırlar. Bu ifa bir neçə saatdan bir neçə sutkaya qədər davam edə bilər (Yaradıcılar bilərəkdən bu ifanı zaman çərçivələrindən kənar, tamaşaçı reaksiyasından asılı vəziyyətdə təyin edib).

Martın 23-dən etibarən Yay qalereyasında daha öncə Annie Vigier və Franck Apertet tərəfindən yaradılmış performansların videogörüntüləri nümayiş etdiriləcək.

 

24 Mart 2014

19:00

Muzey Mərkəzi

“Les Gens D’uterpan“ X-Event “Yixilma” Performansi

 

Bu performansa bir qrup iştirakçı qatılar; iştirakçıların məqsədi bir-birilərini mərkəzi perimetrdən kənara itələməkdir. Bu zaman yıxılaraq hər bir rəqqas başqa birisini itələmək və yenidən xaric edilmək üçün bir daha dairəyə qayıdır.  Bu sadə hərəkətlər toplusu qrupun bütün üzvləri taqətdən düşməyincə dayanmadan təkrarlanır.

Performansın əsas prinsipi geriyə dönmə reaksiyası prinsipi olan silsilənin bir hissəsidir.  İfaçı və seyrçilər üçün süni məhdudiyyətlər yaradaraq sənətkarlar müəyyən bir məzmun formalaşdırıb hər bir iştirakçının individuallığının azad edilməsinə şərait yaradarır və məkan qavrayışını dəyişməyə imkan verir. Hər bir performansın ideyası seçilmiş məkanın həndəsəsi və həmin yerin xüsusiyyəti ilə ayrılmaz əlaqədədir.

 

25 Mart 2014

15:00

Beynəlxalq Muğam Mərkəzi

“Les Gens D’uterpan“ Yaradici Kollektivinin Iştirakçilari Ilə Görüş

 

Bu görüş çərçivəsində quruluşçu-xoreoqraf Franck Apertet kollektivin məqsəd və vəzifələri barədə söhbət açacaq. Sizin şəxsən art-qrup iştirakçılarına sual vermək, eləcə də, rəssamların öz fəaliyyətlərində tətbiq etdikləri 17 yaradıcı strategiya haqqında öyrənmək imkanınız olacaq.


 

Yüklənir