Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

YARAT PRESENT GROUP EXHIBITION `INNER CITY`

28 Okt - 31 Okt 13

 

İÇƏRİ ŞƏHƏR


Oksana Yuşko və Artur Bondarın rəhbərliyi altında sənədli fotoşəkil üzrə ustad dərslərinin iştirakçılarının birgə sərgisi oktyabrın 28-i “Natavan” qalereyasında öz işinə başlayacaq. Layihə YARAT təşkilatının təhsil proqramı çərçivəsində işlənib hazırlanaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bank Technique-in dəstəyi ilə həyata keçirilib. 

 

Iştirakçılar:
Elmar Mustafazadə, Elturan Məmmədov, Elxan Qəhrəmanli, Zamin Cafarov, Zaur Mirzəyev, Məmməd Əliyev, Jalə Nəcəfova, Mark Rafaelov, Marta Ramazanova, Zamir Suleymanov, Orxan Azimov, Əminə Balaoğlanova, Gülnar Səlimova, İsmayıl Hüseynov, Səyyarə Neymətova, Aysel Əmirova, Çinara Balayeva, Gülər Abbasova


Sərgi peşəkar tərcümeyi-halları dünyanın aparıcı informasiya agentlikləri və nəşrləri, eləcə də, “Washington Post”, “Le Monde”, “Financial Times”, “Guradian”, “Wall Street” və “Stern” kimi nəşrlərlə əməkdaşlığı özündə birləşdirən Oksana Yuşko və Artur Bondar adlı Rusiya fotoqraflarının Bakıda keçirdikləri bir həftəlik ustad dərslərinin nəticəsi olacaq.


İçəri Şəhər… Qədim qalanın divarları içərisinə və bizim ürəyimizin içərisinə salınmış İçəri Şəhər... O, içimizdə xatirələr oyadan rənglər və səslərlə doludur… Onun dar küçələri və tikililəri həyatın ən əsas anları haqqında xatirələri özündə saxlayır…  Hər birimizin bu cür xüsusi şəhərimiz var, elə alışdığımız şəhər mənzərəsinə çox fərdi olan baxışımız kimi.


Ustad dərslərinin 18 iştirakçısından hər biri adətən yad gözlərdən gizli olan və təxəyyülümüzün ehtiyatla qoruduğu Bakını üzə çıxarıb  təsvir etməyə çalışdı.


Sərgi 2011-ci ildə Azərbaycan rəssamlarının maraqlarını ölkə və dünya səviyyəsində uğurla təmsil edən YARAT qeyri-kommersiya təşkilatının  bu il fəaliyyətə başlayan və müasir və klassik incəsənətin  müxtəlif üslublarının birləşdiyi məkan rolunu oynayan “Natavan” qalereyası ilə ilk əməkdaşlıq təcrübəsi olacaq. Azərbaycanlı rəssamların geniş seçimdə sənət işləri nümayiş etdirilən sərgilərdən əlavə, qalereyada, təqdimatlar və ustad dərslərinin keçirilməsi də planlaşdırılıb.

 

Ünvan: 

NATAVAN Gallery & Club / Asəf Zeynallı küçəsi, 6/9 İçəri Şəhər
Sərginin açılışı saat 19:00-da baş tutacaq / Giriş sərbəstdir


 

Yüklənir