May 2024

FLORENTIN HOFMANIN "REZIN ÖRDƏK" LAYİHƏSİ / BAKU PUBLIC ART FESTIVAL 2013:

15 Sen - 20 Sen 13

Florentin Hofman
`REZİN ÖRDƏK` 
layihəsi

15.09.2013 - 20.09.2013 

Dənizkənarı Bulvar

 

YARAT Müasir İncəsənət Məkanı Participate Bakı Pablik Art 2013 Festivalın son möhtəşəm layihəsini təqdim edəcəkdir. Layihə hollandiyalı rəssam Florentin Hofmanın `REZİN ÖRDƏK` (`RUBBER DUCK`) installasiyasindan ibarət olacaq. 
 

>>> Yaratdığı əsərlərdə Florentin Hofman müxtəlif materiallardan və ifadə vasitələrindən istifadə edir. “İncəsənət obyekti nə qədər daha irimiqyaslı olsa, o qədər maraqlıdır... Vərdiş etdiyimiz ölçülər özünə görə yaxşıdır, lakin art obyektin miqyası çox böyük olduqda o, daha əyləncəli görünür” ifadəsi məhz rəssam Florentin Hofmana məxsusdur. Hollandiyalı rəssamın yaratdığı “nəhəng oyuncaqların” əsas məqsədi böyük insanların keçirdiyi uşaqsayağı həyəcan və təəsüratları izhar etməkdir. Hofman gözlənilməzlik effektini və “muzey və sərgi salonlarının dözülməz ciddiyəti, habelə incəsənət təqdimatının bütün ənənəvi üsulları...” ilə bağlı rişxəndi bir-birilə tutuşdurmaq niyyətindədir.

“Rezin Ördəklə” təsadüfi görüş şəhər mühitində yaradılan müasir incəsənətlə bağlı təəsüratlarımızı köklü şəkildə dəyişdirərək, tamaşaçıları heyrətləndirə və sevindirə bilər.

Bakıda nümayiş olunacaq “ördəkdən” öncə danimarkalı rəssam tərəfindən yaradılan əsərlər bir çox dənizdə üzərək dünya ölkələrinin paytaxtlarında möhtəşəm incəsənət hadisəsinə çevrilmişdir. Florentin Hofman öz əsərlərini Sidneydə (2003), Osakada (2009), San-Pauluda (2008) və Oklenddə (2011) nümayiş etmişdi.

 

“Rezin Ördək” öz “səyahətini” Bakı Bulvarında başlayacaq. Bir ay ərzində o, Bakı Buxtasında üzəcək və bu müddət ərzində Dənizkənarı Parkda gəzişən bütün tamaşaçılar uşaqlığın “elçisi” olan “Rezin Ördəklə” qarşılaşa bilər.

 

www.florentijnhofman.nl


 

Yüklənir