May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAB: TƏZAHÜR 24 SAATLIQ PERFORMANS SƏRGİSİ

27 Okt 18

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab və YARAT Akademiyası iştirakçıları tərəfindən keçiriləcək “Təzahür” adlı 24 saatlıq performans sərgisinə dəvət edir.


İştirakçılar: Ruslan Abbasov, Çimnaz Əliyeva, Aysel Namazlı, Roman Qocayev, Sofiya Əhədova, Şəlalə Salamzadə, Nuranə Məmmədova, Mədinə Cahangirova, Yunis Novruz, Təranə Quliyeva, Ləman İbrahimova, Səma Əlməmmədli. 


ARTIM Layihə Məkanı YARAT'ın beynəlxalq rezidenti Aurelien Lepetit tərəfindən keçirilən “Münasibət: xoreoqrafiya və gündəlik həyat tərzi” adlı ustad dərslərinin yekun nəticəsini təqdim edir. 


Ustad dərsləri ərzində iştirakçılar canlı performans sənəti, onun növləri və 60-cı illərin axırından bugünədək olan inkişaf tarixi ilə tanış oldular. Daha sonra Azərbaycan rəssamları Nadir Əbdürrəhmanovun “Dağlarda bahar” (1970), Böyükağa Mirzəzadənin “Çay yığan qızlar” (1967), Əşrəf Muradın “Kolxoza gedən yol” (1970), Cavad Mircavadovun "Qadın həvəngdəstə ilə” (1975), Qəyyur Yunusun “Yaylaqda” (1983), İqor Jukun "Abşeronda" (1979), Xalidə Səfərovanın "Məşqdə" (1976), Kamal Əhmədin “Şərqin faciəsi” (1985-1986), Cavad Mircavadovun “Şərq miniatürləri mövzusunda improvizasiya, “Aqillər” (1980-ci illər) əsərlərindən və digər Azərbaycan təsviri incəsənət nümunələrindən istifadə edərək, fərdi və ya qrup şəklində onları canlandırmaq üçün sadə çalışmalardan ibarət təlim keçdilər.


Yekun təqdimatın konsepsiyası qeyri-maddilik və hərəkət, cismin təzahür və yoxa çıxması haqqındadır. Konsepsiya bizim gündəlik həyatımızın incəsənətlə bağlılığını araşdırır və insanları hər hansı bir vasitəçi və ya virtual reallıq olmadan yenidən birləşdirməyə çalışır. Təqdimat məhz bu zaman tam iştirakı tələb edir və buna görə elektron cihazlardan istifadə edərək foto/video çəkilişini qadağan edir.


Kurator haqqında:

Aurelien Lepetit (d. 1992, Fransa) Amsterdamda fəaliyyət göstərən çoxprofilli rəssam və dizaynerdir. O, Fransanın Lion şəhərində Səhnə Tərtibatı və Səhnə Dizaynı üzrə ixitsaslaşaraq, Məkanlar Dizaynı üzrə bakalavr dərəcəsinə, habelə Sandberq İnstitutunda "Dirty Art" üzrə magistr dərəcələrinə layiq görülüb. Onun əsərləri İtaliya, Fransa və Niderlandda sərgilənib. Rəssam gündəlik həyatda baş verən hərəkətlər, jestlər və yanaşmaları xoreoqrafiya kimi araşdırır. Lepetitin əsərləri, video, instalyasiya və performans kimi medialar vasitəsilə gözəllik idealları, sosial təzyiqlər və onların təsirlərini araşdırmaq üçün, insan bədənini elementlər qrupu kimi nəzərdən keçirir və kişilik xüsusiyyətlərinin əhəmiyyətini axtarır. Həmçinin o, Olimpiya idman növlərini bir araya gətirərək, onları rəqs halında birləşdirir, fitnesi sosial sərsəmlik və klub mədəniyyətini isə identiklikləri formalaşdıran, antropoloji təhlil məkanı kimi təqdim edir.


Sərginin açılışı: 27 oktyabr, 2018
Saat: 19:00 – 20:00 
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir


! Şəkil və ya video çəkiliş qadağandır

Yüklənir