Aprel 2024

YARAT MÜASİR İNCƏSƏNƏT MƏKANI RƏSSAM VƏ AKTYOR STEFEN MOTRAMIN MÜZAHİRƏSİNİ TƏQDİM EDİR

08 Noy 13

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq cərçivəsində, Azərbaycandakı Britaniya Konsulluğu “Havada Asılmış” kukla teatrı tamaşasını böyük məmnuniyyətlə təqdim edir. Tamaşa 10 noyabr tarixində saat 14:00 və 18:00-da Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq. İki gün budan öncə isə, 8 Noyabr 2013-ci il tarixində, aktyor, teatr rejissoru və musiqiçi öz işlərinin videoları əsasında mühazirə aparacaqdır. Mühazirə saat 18:30 da YAY Qalereyasına təşkil olunacaq.

 

Stiven Mottram dünyanın 40-dan çox ölkəsində çıxış edib. Hərəkətə gətirilən kukla, avtomat cihazlar və xüsusi olaraq tərtib edilmiş elektroakustik musiqidən istifadə edən Stivenin yaradıcılığı mətnsiz olaraq yetkin auditoriyalara istiqamətlənir. 


“Toxum daşıyanlar”, “Orqanillo dənizləri” və “Qeyri-müəyyənlik” onun ən tanınmış tamaşalarıdır. Özünün səhnə fəaliyyətinə əlavə olaraq Stiven Fransa, Charleville Mézières-də L’institut International de la Marionnette və İtaliyanın Accademia MAAFin Pinerolo da daxil olaraq, mütəmadi şəkildə bir sıra teatr sənəti kolleclərində dərslər aparır. 


Müəllim kimi Stiven xüsusi olaraq hərəkətin qavranılması və auditoriyanın səhnədən hərəkətdə əks olunan məlumatı necə oxuması məsələləri maraqlandırır. Kuklaların hərəkətə gətirilməsi və manipulyasiya ilə yanaşı, o, həm də, kuklaların tərtibatı və hazırlanması üzrə də təlimlər aparır. Şirkət Böyük Britaniyanın Oksford şəhərində yerləşir. 


Açılış vaxtı: 18:30 
Kiçik Qala döngəsi, 5 (İçəri Şəhər)
Giriş sərbəstdir.

Yüklənir