Aprel 2024

MARİYA SLAVNOVA: "MƏRKƏZDƏN PERİFERİYAYA" MÜHAZİRƏSİ

24 Apr 15

YARAT Müasir İncəsənət Mərkəzi Mariya Slavnovanın iştirakı ilə “Periferiyanın arxeologiyası” adlı mühazirəyə dəvət edir. Bu mühazirə və diskussiya, şəhər periferiyalarının Amerika suburbialarından, Latın Amerika favellərindən, Hindistan xəfəliklərindən, Qərbi Avropa ucqarlarından və kapitalist Asiyanın post-sosialist şəhərlərindən tipoloji təsnifatları mövzu olaraq meydana gətirir. 

Tədqiqatın mərkəzində duran Moskva periferiyasıdır – sərhədlərini Moskva periferiyasının birinci qurşağı Üçüncü Nəqliyyat Dairəsi (TTK) və Moskva Dairəvi Avtomobil Yolu (MKAD) arasında müəyyən etdiyimiz, XX əsrdə tam olaraq tikilib-salınmış və ideal ictimai quruluşun yaradılmasına görə nadir qəlib olan nəhəng ərazi. 

Biz SPACE (D) intizamlararası tədqiqat metodumuz haqqında danışacağıq. Bu tədqiqat - sosiologiya (S), idarəetmə (P), memarlıq və şəhərsalma (A), mədəniyyət (C), iqtisadiyyat (E) və şəhər haqqında canlı məlumatlar deyilən böyük Məlumat (D) istiqamətlərinə kuratorluq edir. Bu sahələr kimin üçün maraqlıdırsa, onlara bu metodologiya və mövzu, şəhəri kompleks anlamaqda və qavranılmasında faydalı olacaq.


Mariya Slavnova – memar və tədqiqatçı, Arlinqtondakı Texas Universitetinin “Memarlıq” fakültəsinin və “Strelka” Media, Memarlıq və Dizayn İnstitutunun məzunudur. Memar kimi Dallas və San-Fransiskodakı, mükafatlar qazanmış yaşayış massivləri üzərində işləyib. Rebar Group fəaliyyətində, şəhər ekologiyasında fəalçılıqlarla məşğul olan rəssamlar və dizaynerlər komandasında iştirak edib. “Pavement to Parks” təşəbbüsü, şəhər maarifləndirici ferma üzərində işləyib, Monrealda istifadəsiz sahələrin aktivləşdirilməsi üzrə seminarlar təşkil edib və Taybeydə şəhər sahələrinin aktivləşdirilməsi üzrə proqramda iştirak edib. “Strelka” institutunun 2012-2013 məzunlar komandası ilə müştərək,  Moskva Urbanistik Forumun sifarişi ilə Meqanom Layihəsi bürosunun “Periferiyanın arxeologiyası” tədqiqatı üzrə layihələndirmə ofisinə rəhbərlik edib.


YARAT Müasir İncəsənət Mərkəzi, Multifunksional otaq (2-ci mərtəbə)

Ünvan: Səbail rayonu, Bayıl (Dövlət Bayrağı meydanının yaxınlığı), Bakı, Azərbaycan

Tarix: 24 aprel, 2015

Zaman: 19:00

Giriş pulsuzdur.


FACEBOOK EVENT

Yüklənir