Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: QƏYYUR YUNUS İLƏ GÖRÜŞ

28 İyn 18

YARAT Müasir İncəsənət Məkanı “Rəssamın gözü ilə” layihəsi çərçivəsində keçiriləcək unikal əsərlərin müəllifi, Azərbaycanın xalq rəssamı Qəyyur Yunus ilə görüşə dəvət edir.


Rəssam “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgidə nümayiş olunan əsərləri əsasında, təkrarolunmaz tərzini, simvolizmlə nizələnmiş sənətini izah edəcək, reallığı və mifologiyanı, Qurandan, sufi ibrətamiz hekayətlərindən, xristian süjetlərindən dolayı və ya bilavasitə götürülmüş motivləri qarışdırmaq bacarığı haqqında danışacaq.

Məşhur rəssam Səttar Bəhlulzadənin tələbəsi olan Qəyyur Yunus sənətin müxtəlif üslublarını mənimsəmişdir. İtalyan və şimal renessansının son dövrləri, Qacar rəngkarlığına, miniatüraya olan marağı, onun rəngkarlığında və qrafikasında əks olunur. Lakin bütün bunlara baxmayaraq, sənətkar özünəməxsus tərzi ilə fərqlənir.

Dialoq formatında keçiriləcək görüşdə, sənətkar yaradıcılığında baş vermiş önəmli hadisələr haqqında maraqlı hekayələr, üslubunun axtarışı, unikal surətlər yaratma tarixi və s. haqqında söhbət açacaq. Dinləyicilər rəssama onları maraqlandıran sualları ünvanlandıra və əsərlərini izləyərək, ustadın gizli dünyasının qapısını açıb, təəssürat əldə edə biləcəklər.


1948-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olmuşdur.

1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.

1977-ci ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir.

1972-ci ildən Azərbaycanda və xaricdə çoxsaylı sərgilərin iştirakçısı olmuşdur. Onun əsərləri ABŞ, Almaniya, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İran, Norveç, Polşa, Rusiya, Suriya, Türkiyədə sərgilənmişdir.

1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 

1995-ci ildə beynəlxalq "Humay" mükafatının laureatı olmuşdur.

Rəssamın əsərləri Dövlət Tretyakov Qalereyasında, Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Berlin Etnoqrafiya Muzeyində, Fransadakı L’Orangerie Qalereyasında, Nyu-Yorkda Rokfellerin şəxsi kolleksiyasında və dünyanın bir sıra başqa qalereya və şəxsi kolleksiyalarında saxlanılır.


Tarix: 28 iyun, 2018

Saat: 19:00

Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (Bayıl, Dövlət Bayrağı Meydanı)

Giriş sərbəstdir

Yüklənir