Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: RƏSSAMIN GÖZÜ ILƏ – RASİM BABAYEV

23 Okt 18

YARAT Müasir İnəcəsənət Məkanı sizi “Rəssamın gözü ilə” layihəsi çərçivəsində keçiriləcək növbəti görüşə dəvət edir. Görüş Azərbaycan təsviri sənətinin rəngkarlıq və qrafika sahəsində yüksək bədii təsir gücünə malik, bir-birindən maraqlı əsərlər yaratmış, Xalq Rəssamı Rasim Babayevə həsr olunub.


Görüşdə rəssamın sənət fəlsəfəsinə yaxından bələd olan, onun yolunu davam etdirən oğlu, Elnur Babayev, sənətkarın həyat və fəaliyyətindən, sənət sirlərindən, daxili dünyasından danışacaq.


Rasim Babayev (1927-2007) Abşeron rəssamlıq məktəbinin ən nüfuzlu rəssamlarından biridir. O, Sovet dövründə ideoloji çərçivələrdən kənar fəaliyyət göstərən avanqardist və nonkonformist rəssamlardan biri kimi qəbul edilirdi. Rəssamın yaradıcılığının unikal bir üslub kimi formalaşmasında xalq motivləri və bədii fərdilik birgə çıxış etmişdir. Onun əsərləri Azərbaycanın müasir incəsənətinə böyük töhfələr vermişdir. Tədbir zamanı iştirakçılar, böyük ustadın sərgidə nümayiş olunan, əsrarəngiz rəng kompozisiyaları ilə seçilən əsərləri ilə də tanış ola bilərlər. Azərbaycanın Xalq Rəssamı Rasim Babayevin əsərləri Azərbaycan və xarici ölkələrin daimi kolleksiyalarında saxlanılır.


Tarix: 23 oktyabr, 2018
Saat: 19:00
Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi(Bayıl, YARAT Mərkəzinin yanı)
Giriş sərbəstdir

Yüklənir