Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM MÜZAKİRƏ: LESLİ CONSON VƏ COZEFİNA POŞ

28 İyn 19

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında rəssamlar Lesli Conson (İsveç/ABŞ) və Cozefina Poş ilə (İsveç) görüşə dəvət edir. 


Lesli ConsonCozefina Poş öz təcrübələri, həmçinin onların ilk birgə layihəsi olan, 2018-ci ildə, 3-cü Tiflis Triennalesi çərçivəsində Tiflis və Qori şəhərlərində  yaratdıqları və müxtəlif konkret  məqamlara əsaslanan “Gücün metamorfozu” adlı əsəri haqqında müzakirə aparacaqlar. Rəssamlar, Qoridə yerləşən köhnə elektrik trolleybus transformator stansiyasından heykəl yaratmışdılar. Bu heykəl  ictimaiyyətdə dəyişikliklərin və transformasiya proseslərini vurğulayır. Bina, qədim ipək yolunun günəş yoluna çevrilməsinin təzahürü olaraq külək və günəş enerjisini istifadə etməklə heykəli işıqlandıraraq kölgə və işıq tamaşasına çevrilir. 


Tədbir IASPIS – İsveç İncəsənət Qrantlar Komitəsinin və Langmanska Mədəniyyət Fondunun Beynəlxalq İncəsənət və Tətbiqi Sənəti Proqramının dəstəyi ilə keçiriləcək.


Lesli Conson (İsveç/ABŞ) müxtəlif mövzular və hadisələrə aid təcrübəsini  mətn və vizual incəsənətdə fərqli materiallar, texnikalar və metodlar vasitəsilə bölüşür. Onun əsərləri sifariş olunmuş ictimai heykəllərdən tutmuş, açıqcalara qədər  müxtəlif ifadə vasitələrini əhatə edir.   Yumor onun yaradıcılığının əsas  strategiyasıdır.  1989-cu ildən İsveçrədə yaşayaraq, o həmçinin Höteborqda yerləşən  Galleri Box qalereyasında daşınmaz əmlak bazarına aid tematik sərgilərin kuratoru kimi çalışır. O, Bohuslan (KKV) Collective Workshop üzvü və Höteborq Universitetin professor və tədqiqatçısıdır. 


Cozefina Poş heykəltəraşlığın geniş sahəsində çalışan rəssamdır. Onun konkret  hadisələrə əsaslanan təcrübəsi və tədqiqatları ətraf mühit və dayanıqlı inkişaf mövzularına şamil olunur. Bu təcrübə maddi mövzuları araşdırmaqla, heykəltəraşlıq, yeni mediaya və ictimai iş ilə sərhəddə yerləşir.  Cozefina Poş Valand Academy Universitetinin aktiv kuratoru, aktivisti və mühazirəçisi, Snowball Cultural Productions təsisçisi və həmçinin İsveç Heykəltəraşlar Assosiyasiyasının üzvüdür.


Tarix: 28 iyun, 2019

Saat: 19:00

Giriş sərbəstdir


Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Kiçik Qala küç.,5

Yüklənir