Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: MÜHAZİRƏ FUAD AXUNDOV

07 Fev 20

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində tədqiqatçı, tarixçi və televiziya aparıcısı, “Bakı sirləri” silsilə televiziya verilişlərin müəllifi Fuad Axundov ilə görüş keçirəcəyik.


1920-1940-cı illərdə, Bakı, sovet hakimiyyətinin təzyiqinə baxmayaraq, çox istedadlı rəssamlar və şairlərin yaşayıb-yaratdığı bir şəhər olub. Ölkənin həyatında bu mərhələ, dəyişməz olaraq incəsənətdə öz əksini tapmış müxtəlif hadisələr və sarsıntılarla zəngin olub.

Sizi bu tarixi zaman kəsiyi, zamanın ruhu müəyyən etmiş və sosioloji-mədəni kontekstin formalaşmasına böyük təsir göstərmiş insanlar və hadisələr haqqında söhbət etməyə dəvət edirik.

Görüş hazırda fəaliyyət göstərən "Danışır Bakı: 1900-1940-cı illər" sərgisi çərçivəsində keçiriləcək. Sərgidə XX əsrin başlanğıcından İkinci Dünya müharibəsinə qədər yaradılmış rəsm və qrafik əsərlər, həmçinin ədəbiyyat nümunələri, arxiv xronikası və sənədlər nümayiş olunur.

Sərginin kuratorlarının səyləri sayəsində, ekspozisiyada İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov kimi rəssamların, həmçinin Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq və Səməd Mənsur kimi şair(ə)lərin əsərləri vəhdət şəkildə bir araya gətirilib.


Tarix: 7 fevral, 2020
Saat: 19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (YARAT Mərkəzinə yaxın)
Giriş sərbəstdir
Əlaqə nömrəsi: (012) 505 7718; (050) 251 41 15

Yüklənir