Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

MÜHAZİRƏ: ALEKSEY ULKO ORTA ASİYADA EKSPERİMENTAL KİNONUN İNKİŞAFI

02 Noy 22

YARAT Müasir İncəsənət Məkanı sizi kinorejissor, yazıçı və kurator Aleksey Ulkonun mühazirəsinə dəvət edir.


“Orta Asiyada eksperimental kinonun inkişafı” mühazirəsi çərçivəsində, söhbət hər bir konkret ölkə deyil, daha çox kinematoqrafda mövzular və meyllər, həmçinin aparıcı adlar (Saşa Uqay, Ümidə Əhmədova, Aleksey Rumyantsev, Ulan Djaparov, Zoya Falkova və s.) haqqında gedəcək.  Mühazirəçi Almagül Menlibayeva və Saodat İsmayılovanın yaradıcılığında feminist və ekoloji problemlərin kəsişməsi mövzusuna da toxunacaq. Bundan əlavə, biz həmçinin “İnstagram Stories” və “TikTok”-un eksperimental film və videoart sənətini necə “öldürdüyü” barədə danışacağıq.


Aleksey Ulko (d.1969, Səmərqənd) – Səmərqənd Universitetində ingilis dilini öyrənib və Ekseter Universitetində təhsil sahəsi üzrə magistr dərəcəsi almışdır. Səmərqənd Xarici Dillər İnstitutunda ingilis dili və stilistikadan dərs deyib, 2003-cü ildən isə ingilis dili və mədəni tədqiqatlar üzrə məsləhətçi vəzifəsində çalışır.

2007-ci ildən Orta Asiyanın müasir mədəniyyəti və incəsənəti haqqında məqalələr yazır və məruzələrlə çıxış edir, eksperimental kino və incəsənət layihələri ilə məşğul olur. ESCAS, AAH, CESS kimi cəmiyyətlərin və “The Garage Journal” Redaksiya Heyətinin üzvüdür. 2021-ci ildən Daşkənddə Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun nəzdində Müasir İncəsənət Mərkəzində gənc rəssamlar laboratoriyasının kuratorudur.


Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir


Tarix: 2 noyabr, 2022

Saat: 19:00

Məkan: YARAT Mərkəzi (2-ci mərstəbə)

Yüklənir