Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏSSAMIN GÖZÜ İLƏ: ZAUR KANTEMİROV

15 Mar 23

YARAT Müasir İncəsənət Məkanı “Rəssamın gözü ilə” layihəsi çərçivəsində Azərbaycanın Əməkdar rəssamı Zaur Kantemirovun yaradıcılığına həsr olunmuş görüşə dəvət edir. Görüş zamanı rəssamın qızı, incəsənət sahəsi üzrə jurnalist, teatrşünas, “DNO”  anderqraund teatr festivalının prodüseri Zalina Kantemirova və bacısı Rimma Səlimova rəssamın yaradıcılıq və həyat hadisələrindən danışacaqlar.


Zaur Kantemirov (1942-2021) – qrafika, plakat, rəngkarlıq, monumental sənət, sənaye dizaynı və fotoqrafiya sahələrində böyük uğurlar qazanmış rəssamdır. O, çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər yaradıcılığında şüşə materialını əsas hədəf götürərək, fantastik əsərlər hazırlamışdır. “Şüşə qəlbli” təxəllüsü də elə bu əsərlərinə görə daşıyırdı.


Tədbirin sonunda kiçik sual-cavab sessiyası keçiriləcək.


Tarix: 15 mart, 2023

Saat: 19:00


Dil: Rus

Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)


Giriş sərbəstdir.

COVID pasportun təqdimi mütləqdir.


Əlavə məlumat üçün: +99450 251 41 15

Yüklənir