Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏSSAMIN GÖZÜ İLƏ: AĞA MEHDİYEV

08 Sen 23

YARAT Müasir İncəsənət Məkanı Sizi, “Rəssamın gözü ilə” layihəsi çərçivəsində Azərbaycanın Xalq rəssamı Ağa Mehdiyevin yaradıcılığına həsr olunmuş görüşə dəvət edir.


Görüş zamanı, sənətşünas, qalerist, mentor, ekspert, “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru Qalib Qasımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əzimova rəssamın yaradıcılığı ilə bağlı araşdırmalarını, analitik yanaşmalarını və xatirələrini paylaşacaqlar.


Xalq rəssamı Ağa Mehdiyev (1920-2003) yaradıcılığında peyzaj və portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb. Onunəsərlərində çox zaman sadə adamların iş günü, əmək və istirahəti poetikləşdirilmişdir.


1960-cı illərin əvvəllərində Türkiyə Cümhuriyyətinə yaradıcılıq səfərində rəssam gördükləri, duyduqları və müşahidələri nəticəsində maraqlı tablolar yaratmışdır. Bu səfərdən sonra Bakıda rəssamın Türkiyəyə həsr edilmiş fərdi sərgisi təşkil olunmuşdur.


Əsərləri bir çox ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.


Tədbirin moderatoru: kurator, sənətşünas Məhbarə Abbasova 


Tədbirin sonunda kiçik sual-cavab sessiyası keçiriləcək.


Tarix: 8 sentyabr, 2023

Saat: 19:00


Dil: Azərbaycan


Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)


Giriş sərbəstdir.

Əlavə məlumat üçün: +99450 251 41 15

Yüklənir