Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: FİDAN CƏFƏROVA (AZƏRBAYCAN) BU GÜN FİLMİ

01 May 18

YARAT Müasir İncəsənət Məkanı sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubu çərçvəsində gənc Azərbaycanrejissoru Fidan Cəfərovanın Bu Gün filminin nümayişini təqdim edirik.


Bu gün / 2018 / Azərbaycan / 45 dəq. / drama / rəngli


"Bu gün" filmi, bir ailənin tarixçəsindən, həmin ailənin əlamətdar günlərinin birindən bəhs edir. Ev səliqə-sahmana salınıb, geyimlər səliqə ilə ütülənib... Amma, müəyyən sükut və ya müəmma, bu ailənin yaşamalı olduğu, vacib bir hadisəni əhatə edir. Əgər yalanınız yaxın adamınızı xoşbəxt edərsə, siz o yalanı danışardınızmı?


Fidan Cəfərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun məzunudur. Həmçinin, o, Azərbaycan Dövlət Dram Teatrının nəzdində “AXIN” studiyasında aktyorluq və rejissorluq üzrə 2 illik kursları bitirib. 2014-cü ildə, Fidan Cəfərova “İkinci nəfəs” adlı, sayca ikinci qısametrajlı işinə görə “No Smoking Film” festivalı çərçivəsində “Ən yaxşı aktrisa” nominasiyasında mükafata layiq görülüb. Aktrisa kimi Erik Emmanuel Şmittin “Mösyö İbrahim və Quranın çiçəkləri” adlı romanının motivləri əsasında “Tarix dünyası” tamaşında iştirak edib.


Film Azərbaycan dilində nümayiş olunacaq.


Tarix: 1 may, 2018

Saat: 19.00

Məkan: YARAT Mərkəzi, Çoxtəyinatlı zal

Giriş sərbəstdir

Yüklənir