Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: İSMAYIL SƏFƏRƏLİ İLƏ USTAD DƏRS

22 May 18

YARAT Müasir İncəsənət Məkanı sizi rejissor İsmayıl Səfərəli ilə ustad dərslərdə iştirak etməyə dəvət edir.


Gözəl bir ideyanız var, ancaq onu ekranlaşdırmaq üçün necə düzgün bir şəkildə uyğunlaşdırmağı bilmirsiniz? Layihəni maliyyələşdirmək üçün potensial sponsoru necə inandırmaq olar?

Dialoq və məzmunu vizual formata düzgün keçirmək üsullar haqqında məlumat əldə etmək üçün ustad dərsində iştirak etməyi təklif edirik. Ünsiyyət prosesində digər iştirakçıların mətnləri ilə tanış olacaqsınız və onların da öz yaradıcılığınızla bağlı fikrini öyrənəcəksiniz.

Əgər siz müəllifsinizsə və kinematoqrafiya aləminə özünüzü tanıtmaq və ya sadəcə olaraq öz istedadınızın yeni sərhədlərini kəşf etmək istəyirsinizsə bu 2 saatlıq ustad dərsi  məhz sizin üçündür!


İsmayıl Səfərəli (d. 1978, Bakı) 2003-cü ildə Duke Universitetini  (Dyurham, NC) bitirərək iqtisadiyyat üzrə magistr dərəcəsi və 2015-ci ildə Moskva Yeni Kino Məktəbində kinorejissorluq üzrə magistr dərəcəsi alıb. 2014-cü ildən etibarən iki filmdə icraçı prodüser vəzifəsində çalışıb, 3 qısametrajlı filminin prodüseri və rejissorudur, "Gecə qabarması" tammetrajlı bədii filminin həmmüəllifidir. Həmin ekran əsəri 2017-ci ilin iyulunda Karlovı Varı Film Festivalının intensiv proqramına qatılmaq üçün digər 6 layihələrlə seçildi.


Yerlərin sayı məhduddur (20 nəfərə qədər) 


Tarix: 22 may, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir, +99412 505 1414 nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz

QEYDİYYAT ANKETİ

MÜRACİƏT MÜDDƏTİ BİTİB

Yüklənir