Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: JOAQUIM RONNINQ, ASPEN SANDBERQ KON-TİKİ FİLMİ

08 Yan 19

YARAT Film Klubu norveç rejissorları Joaquim Ronning, Aspen Sandberg“Kon-Tiki” filmini təqdim edir.


Ssenari müəllifi: Petter Skavlan, Allan Scott

Rollarda: Paul Sverre Valheim Hagen, Anders Baasmo Kristiansen, Tobias Zantelman, Gustaf Skarsgard, Odd Magnus Villiamson


Kon-Tiki / 2012 / Norveç / 120 min. / drama


"Okeanın ortasında həqiqət axtarışında", bu şüar altında 2012-ci ildə tanınmış rejissorlar Joaquim Ronning və Espen Sandberg tərəfindən hazırlanan "Kon-Tiki" filmi tamaşaçılara təqdim edildi.

Kon-Tiki, real hadisələrə əsaslanan tarixi bir macəra filmidir. O, məşhur Norveç səyyahı Tur Heyerdahlə həsr olunub, ekspedisiyası isə tarixdə əsl şücaət kimi yadda qaldı. 1947-ci ildə Sakit okean suları üzərində edilən bu səfər ona dünya şöhrətini gətirdi. Və bunun üçün yalnız 9 balsa ağacından hazırlanan “Kon-Tiki” adlı kiçik bir sal istifadə etdi. Sal, inklərin günəş tanrısının, Virakoçanın adını daşıyır, "Kon-Tiki" isə bu tanrının köhnə adıdır.

Film bu ideyanın mənşəyi, səfər zamanı hazırlıq və baş verən hadisələr barədə məlumat verir. Heyerdahl, Cənubi Amerikalıların Kolumbiya dövründə okeanı keçə biləcəyini və Polineziya adalarına yerləşməsini sübut etmək üçün 5 nəfərlik bir heyətlə birlikdə Sakit okeanı keçdi.

Bu səfərdə qəhrəmanlar müxtəlif təhlükələrlə üzləşir: böyük balinalar, qaniçən köpəkbalığı, göy gurultulu fırtınalarla mübarizə – bu, hələ qarşılaşdıqları hadisələrin hamısı deyil.


Film İsveçrə almancasında ingilis subtitrlərlə nümayiş olunacaq.


Tarix: 8 yanvar, 2019

Saat: 19.00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir