Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: WOMEN IN MOTION FİLMLƏRİ

20 İyn 19

YARAT Müasir İncəsənət Məkanı “Women in Motion” layihəsi çərçivəsində çəkilmiş filmlərin premyera nümayişinədəvət edir.


Proqrama “Luna-park”, “Qızcığaz skeytbordla” və “Bu kimi şirin həyat” filmləri daxildir. Həmçinin tədbir zamanı, hal-hazırda montaj mərhələsində olan “Onlar sevgi bəxş edirlər” filminin fraqmentləri də göstəriləcək. Bütün ekran əsərləri “Cinex Productions” Azərbaycan kinokompaniyasında, kinematoqrafiya sahəsində yenicə fəaliyyətə başlayan qadın rejissor və ssenaristlər tərəfindən çəkilib. Nümayişindən sonra tədbirə gələnlərin filmlərin yaradıcı heyəti ilə müzakirə aparmaq imkanı olacaq.


“Women in Motion” layihəsi 2016-cı ildə prodüser və rejissor Mariya İbrahimova tərəfindən təşkil olunmuşdur. ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçən bu layihə, kino sahəsində karyerasına başlamaq istəyən ölkəmizin istedadlı qadınlarını müəyyənləşdirmək və dəstəkləmək üçün nəzərdə tutulmuşdur. Xüsusilə qeyd etmək istərdik ki, bu, Azərbaycanda bu cür ilk və yeganə layihədir.


Tarix: 20 iyul, 2019

Saat: 19:00 

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir