Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM FİLM KLUB: MÖCÜZƏ FİLMİ (ABŞ)

25 Sen 19

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında “bullinq” mövzusuna aid “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində baş tutacaq YARAT Film Klubunun yay fəslinin bağlanış tədbirinə dəvət edir. Bu dəfə amerikalı rejissor Stiven Çboskinin “Möcüzə” filmini izləyib müzakirə olunacaq.


“Möcüzə” / 2017 / ABŞ / dram / 113 dəq.


“Möcüzə” filmi qeyri-adi görkəmli oğlan Ouqust “Oqqi” Pulmandan bəhs edir. Oqqi anadangəlmə nadir xəstəlikdən (Triçer Kollins sindromu) əziyyət çəkir. Cərrahların səyi nəticəsinə baxmayaraq, onun siması bədheybət halda qalmaqdadır. Buna görə də, gözəl yumor hissinə sahib olan qəhrəmanımız heç kimin qorxmaması üçün astronavt dəbilqəsində gəzməyə artıq öyrəşmişdi. Oqqinin artıq məktəbə getmək zamanı gəlir, burada yalnız oxumaq yox, həm də sinif yoldaşları ilə dostluq etməyə çalışmaq lazımdı.

Tədbirin qonağı “Green Line” Mərkəzinin aparıcı psixoloqu Elnarə Şahbazzadədir. E. Şahbazzadənin uşaqlar və böyüklər ilə fəaliyyəti üzrə 5 illik təcrübəsi var. Bir çox beynəlxalq konfransların iştiraksıdır, 2015-ci ildə “Xüsusi ehtiyacı olan uşaqların normativ həyata inteqrasiyası” mövzusunda beynəlxalq konfransda Azərbaycanı təmsil etmişdir.


Film Rus dilində nümayiş olunacaq


Tarix: 25 sentyabr, 2019
Saat: 19:00
Məkan: ARTIM Layihə Məkanı, İçərişəhər, Kiçik Qala, 5.
Giriş sərbəstdir

Yüklənir