Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: ARTKİNO XI RUSİYA QISAMETRAJLI FİLMLƏRİ FESTİVALI

23 Okt 19

Bu il YARAT, “Artkino” XI Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşı olub.


“Artkino” Qısametrajlı Filmlər Festivalı, Rusiyada qısametrajlı film festivallarının ən iri miqyaslısıdır. Müsabiqədə təkcə ölkənin aparıcı kino məktəblərinin tələbə və məzunları deyil, həm də müstəqil müəlliflər iştirak edir.


Ekran əsnasında tamaşaçılar ilin ən yaxşı qısametrajlı filmi üçün səs verəcəklər. Səslər hesablanacaq və səsvermənin nəticələrinə görə qısametrajlı filmlər sahəsində Ümumrusiya Mükafatı veriləcəkdir.


Müsabiqə təkcə ölkənin aparıcı kino məktəblərinin tələbə və məzunları üçün deyil, həm də müstəqil müəlliflər üçün nəzərdə tutulub. Artkino tələbə kimi deyil, peşəkar bir festival olaraq, iştirakçı və tamaşaçıların 90%-nin gənc olmasına baxmayaraq yerləşdirilir.


23 oktyabr tarixində, biz ilk “Yaz” kinoalmanaxını seyr edəcəyik.


“Yaz” proqramı


Plastikın gücü
Rejissor: Vladislav Parovozov
6 dəq.
Müəllif, kadrların videoardıcllığını mütləq rəqsə çevirən, onu temporitmik maksimuma çatdıran Fernan Leje, Maya Deren və digər avanqard pioner rejissorların davamçısı sayılır.


Ağac
Rejissor: Xava Muxiyeva
21 dəq. 42 san.
Şimali Qafqaz, 1994-cü il. Xava və Adam qonşuluqda yaşayır və valideynləri kimi uşaqlıqdan bəri dostluq edirlər. Uşaqlar bir-birləri ilə məktublar vasitəsilə ünsiyyət saxlayırlar və məktubları ağacın oyuğunda gizlədirlər. Onlar bu ağacı çox sevirlər və ona öz sirlərini etibar edirlər. Onlar xəyalpərəstlər, xülyaçıdırlar. Adamın atası Aslan biznesmendir və doğma evə qayıdır. Xavanın atası Sultan və bir çox başqa qonşular onun qayıdışına sevinir və onun biznesdəki uğurlarını təbrik edirlər. Amma, təəssüf ki, hamı buna sevinmir...


İçində okean olan balıqqulağı
Rejissor: Yuliya Sitdıykova
6 dəq. 29 san.
Bu hekayə, bir otaqda olan əşyalar dünyasında hansı intriqaların baş verməsindən bəhs edir. Bir dəfə, içində okean olan Balıqqulağının mövcudluğu, Divan Balışlarını bezdirməyə başladır...


Bəxtsiz
Rejissor: Roman Trofimov
24 dəq. 04 san.
Vova Mışkinin işləri düz gətirmir. Sevdiyi qız onu tərk edir, borcun içində üzür, yaşadığı mənzildən çıxmalıdır... hələ bu azmış kimi, həbsxanadan yenicə çıxmış böyük qardaşı da peyda olur...


Savadsızlığın ləğv edilməsi
Rejissor: Alla Yeliseyeva
8 dəq. 12 san.
Ziyalı Valentin, öz vaxtını kifayət qədər qeyri-adi tərzdə keçirmək üçün, "sevgi kahinəsi" Allanı dəvət edir...


Qadın yataqxanası
Rejissor: Andrey Kreçetov
24 dəq. 59 san.
Moskva, 1983-cü il. Gənc Roma, Moskvanı və Moskva Dövlət Universitetini fəth etməyə gəlir. O, qadın yataqxanasına düşür və onun həyatı köklü surətdə dəyişir. O, “Axı mən nə istəyirəm?” sualına cavab verməyə çalışır.


Filmlər rus dilində nümayiş etdiriləcək


Proqramın xronometrajı: 1 saat 31 dəq.


Tarix: 23 oktyabr, 2019

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir