Aprel 2024

#YARATONLINE: İARA Lİ – ÇERNOBILIN KÖLGƏSİ: APOKALİPSİSDƏN SONRA TƏDQİQAT

16 Apr - 26 Apr 20

YARAT Müasir İncəsənət Məkanı rejissor İara Linin “Çernobilin kölgəsi: Apokalipsisdən sonra tədqiqat” sənədli filminin onlayn nümayişinə dəvət edir.


“Çernobilin kölgəsi: Apokalipsisdən sonra tədqiqat” sənədli filminin onlayn nümayişi “Cultures Of Resistance” şəbəkəsinin təsisçisi və filmin rejissoru İara Linin birgə əməkdaşlığı ilə keçirilir və 26 aprel – Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Gününə həsr olunur. Ekran əsəri Çernobıl təcrid zonasının gizli məqamlarını analiz edir.   Dünyanın ən acınacaqlı texnogen hadisəsi kimi yadda qalan fəlakəti 30 il sonra avantüristlər və sənətçilər, yerli sakinlərin tərk etdiyi ərazilərin ağaclar və heyvanların zəbt edilməsi ilə nəticələnən sirli mənzərəsini yenidən araşdırırlar...


Filmi aprel ayının 16-dan 26-dək onlayn olaraq ÖDƏNİŞSİZ izləmək mümkündür. 


Zəhmət olmasa linkə daxil olun:  

https://www.youtube.com/watch?v=x3wcUbm2gp4&feature=youtu.be


Tarix: 16-26 aprel, 2020

Filmin dili: İngilis, rus, Ukrayna, ispan, fransız, italyan, portuqal (Azərbaycan dili subtitrləri ilə)


Həmçinin, aprelin 26-sı Bakı vaxtı saat ilə 21:00-da, filmin rejissoru İara Li “Zoom” vasitəsilə xüsusi qonaqlarla filmi birgə müzakirə edəcək və tamaşaçıların suallarını cavablandıracaq.

Qeydiyyat üçün link:

https://zoom.us/meeting/register/upwod-ivpzgiitbmxnYJFwVpvif0jNPtzg

*Film Sheffield Adventure Kino Festivalının (Böyük Britaniya) Ən yaxşı macəra ruhlu film mükafatının qalibidir.

Yüklənir