Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

FİLM KLUB: YELENA SKRİPKİNANIN FİLMLƏRİ

17 Avq 21

YARAT Müasir İncəsənət Məkanı Film Klub çərçivəsində ARTIM Layihə Məkanında keçiriləcək “Transumanato” və “XX-20” qısametrajlı filmlərinin nümayişinə dəvət edirik.


“Transumanato” (2020)

Rejissor və ssenarist: Yelena Skripkina

Üç rəqs nömrəsindən ibarət olan film “İlahi komediyanın” müəllifi Dantenin cəhənnəmdəki səyahətindən bəhs edir.

Filmin müddəti: 8 dəq.


“XX-20” (2021)

Rejissor və ssenarist: Yelena Skripkina 

Film, XX əsrin Xirosima, blokada və QULAQ fəlakətlərini boş bir məzar obrazında təsvir edir. Müasir reallıqla əlaqəli, genetik yaddaş daşıyan və bir əsri özündə birləşdirən üç fəlakəti yenidən düşünməyə vadar edir.

Filmin müddəti: 24 dəq.

Dil: İngilis, Azərbaycan altyazıları ilə


Yaş məhdudiyyəti: 12+


Rejissor haqqında

Yelena Skripkina (d. 1988, Rusiya) - sənədli film rejissoru. O, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra magistraturada ilahiyyatçı və aspiranturada dini fəlsəfə üzrə təhsili alıb. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq film festivallarının iştirakçısı və qalibidir.  Həmçinin o, Praqadakı Frans Kafka Muzeyi üçün "Felisiyaya məktublar" (2006) videoinstalyasiyasının müəllifidir. Onun "Görünməz ata" layihəsi "Artkommunalka 2014" Beynəlxalq Qrant Müsabiqəsinin qalibidir.


Tarix: 17 avqust, 2021
Saat: 20:00
Məkan: ARTIM Layihə Məkanı, İçərişəhər, Kiçik Qala, 5


Baxış üçün qeydiyyat mütləqdir.

Yerlərin sayı məhduddur.

Qeydiyyat üçün: (012) 505 23 23

 

Yüklənir